May 25, 2016 13:07 Asia/Baku
  • İran Suriyadakı terror aktını pisləyib
    İran Suriyadakı terror aktını pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Suriyanın Tartus və Cəbəllə şəhərlərində törədilən terror aktını pisləyib.

İSNA-nın məlumatına görə, İran XİN sözçüsü Sadiq Hüseyn Cabiri Ənsari Suriyada çoxlu sayda günahsız vətəndaşın ölməsi və yaralanması ilə nəticələnən terror aktlarının həlak olanlarının ailələri və zərərçkənlərin dərdinə şərik çıxaraq deyib: Terrorizm və radikallıq region xalqları üçün ciddi təhlükə və beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdiddir.

İran XİN sözçüsü bildirib: İran İslam Respublikası beynəlxalq ictimaiyyətdən nəhs və qeyri-insani fenomen, terrorizmlə hərtərəfli qarşılaşmada öz qanuni və əxlaqi məsuliyyətlərini yerinə yetirməsini istəyir.

İŞİD terror qruplaşması bazar ertəsi günü Suriyanın Tartus və Cəbəllə şəhərlərində terror aktları törədib. Nəticədə yüzdən çox Suriya vətəndaşı həlak olub, çoxlu sayda sivil də yaralanıb.