İyul 01, 2016 13:36 Asia/Baku
  • Bütün İranda

İran xalqı hərildəkindən daha əzəmətlə Ümumdünya Quds günü yürüşündə iştirak edərək, "İsrailə ölüm!" və "İmperializmə ölüm!" şüarı ilə dünya zalımlarına qarşı öz hiddətini ifadə etdi.

Ümumdünya Quds günü yürüşü bu gün ölkənin 850 şəhəri və dünyanın 80 ölkəsində elə bir halda keçirildi ki, dünyanın bütün müsəlmanları və azadlıqsevərləri bir səslə "İsrailə ölüm!", eləcə də Fələstinin azadlığı və Qüdsi-Şərifin azadlığı amalına təkid edən şüarlar veriblər.

İran xalqı da Ümumdünya Quds günündə öz milyonluq iştirakı ilə bir daha Qüdsi-Şərifin azadlığı amalı ilə öz əhd-peymanını təzələdi.

Ümumdünya Quds günü yürüşünün iştirakçıları həmçinin bu gün şüarlar verərək, təkfirçi cərəyanlar və İŞİD terror qrupunun vəhşicəsinə cinayətləri və soyqırımını pisləyib və dünya müsəlmanlarının islami oyanışı, müqavimət və birliyi vacibliyini vurğulayıblar.

Tehranda Ümumdünya Quds günü yürüşündə İranın ölkə və ordu rəsmiləri də yürüş iştirakçılarına qoşulublar.