İyul 23, 2016 20:19 Asia/Baku
  • İran düşmənləri islam inqilabının nüfuzunu əngəlləməyə cəhd göstərirlər
    İran düşmənləri islam inqilabının nüfuzunu əngəlləməyə cəhd göstərirlər

İran İslam İnqilabının Keşikçilər Korpusunun Quru Qoşunlarının komandanı İslami İranın düşmənlərinin İslam İnqilabının dialoqunun nüfuzunu və inkişafını əngəlləmək planlarından xəbər verib

Sepah-Nyusun verdiyi məlumata görə, general-mayor Məhəmməd Pakpur Məşhəd şəhərində Sepah-ın quru qoşunları komandanlarının 6-cı toplantısında etdiyi çıxışında deyib: ABŞ başda olmaqla düşmənlərin məkirli planlarına rəğmən, bu gün qonşu ölkələr, o cümlədən İraqda müşahidə edilənlər regiondan kənar qüclərin iflasa uğradıqları və İran İslam Respublikası və İslam iİnqilabının mənəvi nüfuzunun artdığını göstərir. 

İran İslam İnqilabının Keşikçiləri Korpusunun Quru Qoşunlarını komandanı deyib: Müqaviməti sarsıltmaq və İsrail rejiminin təhlükəsizliyini təmin etmək üçün növbəti məkirli plan Suriyada müqavimətin məhv edilməsinə yönələn plan idi. Bu plana görə, Bəşşar Əsəd hökuməti və müqavimət cəbhəsi 5-6 ayadək məhv olacaqdı lakin reallıqlar onların hesablamalarının tam əksini göstərir. 

İran İslam İnqilabının Keşikçiləri Korpusunun Quru Qoşunlarını komandanı deyib: Son vaxtlar İran İslam Respublikasının düşmənləri tərəfindən İraqın şimalında yerləşən əks-inqilabçı qruplaşmaların silahlandırılması barədə müəyyən təşəbbüslər həyata keçirilib və gözəçarpacaq təchizatlara malik olan bir neçə qrup ölkə daxilinə göndərilib, ancaq silahlı qüvvələrin diqqəti nəticəsində əks-inqilabçı qruplara ağır zərbələr endirildi.