İyul 31, 2016 08:48 Asia/Baku
  • Sara Zahidi
    Sara Zahidi

İranlı gənc riyaziyyatçı və İsveç Krallıq Texnologiya İnstitutunun müəllimi Avropa Riyaziyyat Birliyinin 2016-cı il mükafatına layiq görülüb.

İRNA-nın məlumatına görə, iranlı gənc riyaziyyatçı və İsveç Krallıq Texnologiya İnstitutunun müəllimi Sara Zahidi European Matematical Society mükafatının gənc qalibləri arasında ilk qadındır. Almaniya paytaxtı Berlində 18-22 iyulda keçirilən 7-ci Avropa Riyaziyyatçıları Konfransında qeyd olunan mükafat iranlı qadına təqdim olunub. 

Zahidi hərəkətli səviyyələrin ölçülməsi metodları və onların bərpası sahəsində kompüterlə araşdırma aparır. 

İranlı gənc riyaziyyatçının araşdırmalarının nəticələri gələcəkdə kompüter çiplərinin yaxşılaşdırılmasında istifadə oluna bilər. Belə ki, bu çiplər qan analizlərində istifadə olunur. 

Teqlər