Avq 14, 2016 20:01 Asia/Baku
  • Rusiyanın Tehrandakı səfiri Levan Caqariyan
    Rusiyanın Tehrandakı səfiri Levan Caqariyan

Rusiyanın Tehrandakı səfiri deyib: Rusiya və İran neft və qaz əməkdaşlıqları sahəsində ilkin razılaşmaya gəliblər.

İRNA-nın verdiyi məlumata görə, Rusiyanın Tehrandakı səfiri Levan Caqariyan Rusiyanın iri neft şirkətlərinin İran İslam Respublikası ilə əməkdaşlıqlara maraqlı olduğunu bildirərək deyib: Rusiyanın Qazprom Şirkəti ilə İranın Milli Qaz Şirkəti arasında əməkdaşlıq memorandumun ilkin mətni hazırlanıb. 

Levan Caqariyan deyib: Rusiyanın Qazprom şirkəti və İranın Milli Qaz şirkəti neft və qaz yataqlarının istismarı üçün əməkdaşlıq memorandumunun bəndlərini razılaşdıracaqlar. 

Rusiyianın Tehrandakı səfiri deyib: Əməkdaşlıq memorandumunun yekunlaşmasından sonra sözü gedən şirkətlər neft və qaz eləcə də kəşfiyyat sahələrində əməkdaşlıqlar aparacaqlar. 

Caqariyan həmçinin İranın neft və qaz yataqlarının istismarı üçün rus şirkətlərindən ibarət bir konsersiumun yaradılması ehtimalından xəbər verib. 

Rusiyanın Tehrandakı səfiri deyib: Lukoil neft şirkəti İranın Əhvaz ərazisində neft yataqlarının istismarında iştirak imkanlarını araşdırmaqdadır. 

Teqlər