Avq 18, 2016 14:52 Asia/Baku
  • 28 mordad; İran xalqına qarşı amerikan çevrilişin ildönümü günü
    28 mordad; İran xalqına qarşı amerikan çevrilişin ildönümü günü

Bu gün, cümə axşamı 1395-ci günəş ili mordad ayının 28-i və 2016-cı il avqustun 18-i, 1953-ci milad ilində İran dövlətinə qarşı amerikan çevrilişin ildönümü gününə təsadüf edir.

Günəş təqvimi ilə 1332-ci il mordad ayının 28-də Fəzlullah Zahidinin başçılıq etdiyi ordu qüvvələrindən bir qrupu Mohəmməd Mosəddeqin dövlətini devirərək, 25 mordad çevrilşinin uğursuz qalmasından sonra İtaliyanın paytaxtı Romaya qaçmış Məhəmməd Rza Pəhləvini bir daha taxta oturtdu. 

İranın ozamankı qanuni dövləti olan Döktor Mosəddeq dövlətinin süqutu ilə nəticələnmiş 1953-cü il amerikan-ingilis çevrilişi İslam İnqilabının qələbəsindən qabaq İranın siyasi tarixinin həssas bir dövrünü yada salır.

İranda neft sənayesinin milliləşdirilməsi hərəkatının qələbəsi dövründə ABŞ və İngiltərənin İrandakı müdaxilələri silsiləsinin bir hissəsi olan 28 mordad çevrilişi elə bir zaman kəsiyində baş verdi ki, Haaqa Beynəlxalq Məhkəməsi İngiltərə ilə İran arasındakı neft müqavilələri məsələsində İranın xeyrinə qərar çıxarmışdı.

Son illərdə əcnəbilərin 28 mordad çevrilişindəki müdaxilələri haqda yeni sənədlər yayılıb və hətta bəzi amerikalı rəsmilər Amerika və İngiltərənin bu çevrilişdəki birbaşa rollarını etiraf ediblər.

 

Teqlər