Avq 24, 2016 15:48 Asia/Baku
  • İran prezidenti və nazirlər kabinetinin üzvləri İslam İnqilabının Böyük Rəhbəri ilə görüşüblər
    İran prezidenti və nazirlər kabinetinin üzvləri İslam İnqilabının Böyük Rəhbəri ilə görüşüblər

İran prezidenti və Nazirlər Kabinetinin üzvləri İslam İnqilabının Böyük Rəhbəri ilə görüşüblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin əsərlərinin qorunması və yayılması ofisinin internet portalının məlumatına görə, Dövlət Həftəsi münasibəti ilə prezident və Nazirlər Kabinetinin üzvləri bu gün İslam İnqilabının Böyük Rəhbəri ilə görüşüblər.

Bu görüş barədə ətraflı məlumat sonradan yayımlanacaq.

1395-ci il 2 şəhrivər, 23 avqust 2016-cı il İran İslam Respublikasında Dövlət Həftəsinin başlandığı gündür.

İranın 1981-ci ildə prezidenti Məhəmməd Əli Rəcayi və baş nazir Məhəmməd Cavad Bahünər baş nazirlik ofisində terrorçu Münafiqlər qruplaşmasının törətdiyi terror aktında şəhid oldular.

Teqlər