Avq 24, 2016 18:03 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri 11-ci hökumətin yol xəritəsini bəyan ediblər
    İslam İnqilabının Böyük Rəhbəri 11-ci hökumətin yol xəritəsini bəyan ediblər

İslam İnqilabının Böyük Rəhbəri "Müqavimət İqtisadiyyatı", "Xarici Siyasət", "Elm və Texnologiya", "Təhlükəsizlik", "Mədəniyyət", "VI Proqram" və "Virtual Aləm" sahələrində 7 önəmli məsələni ölkənin əsas prioriteti və 11-ci hökumətin yol xəritəsi olaraq bəyan ediblər.

İslam İnqilabının Böyük Rəhbəri ofisinin internet portalının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün prezident cənab Həsən Ruhani və Nazirlər Kabinetinin üzvlərini qəbul ediblər.

11-ci hökumətin zəhmətləri və səylərini alqışlayan İnqilab Rəhbəri "Dövlət Həftəsi"ni həyata keçirilən önəmli işlərlə əlaqədar xalqın məlumatlandırılması üçün dəyərli fürsət adlandırıb və 7 önəmli məsələni bəyan ediblər.

İslam İnqilabının Böyük Rəhbəri "Dövlət Həftəsi" münasibəti ilə təbrik edərək şəhidlər Rəcayi və Bahünəri "ixlas, zəhmətkeş və ictimai olmağın" örnəyi adlandırıb və bu cinayətin səbəbkarları olan Münafiqlərə bəraət qazandırmaq üçün göstərilən bəzi səylərə toxunaraq əlavə ediblər: Təəssüflər olsun ki, bəziləri minlərlə sivil, rəsmi və tanınmış şəxsiyyətləri şəhid edən bu cinayətkarlar üçün məzlumluq şəraiti yaratmağa çalışırlar. Lakin bu qərəzli və xəbis əllər nəticəyə çatmayacaq və keçmişdə olduğu kimi uğursuz qalacaqdır.

Həzrət Ayətullahülüzma Xamenei prezident və Nazirlər Kabineti üzvlərinin hesabatlarına toxunaraq xatırladıblar: Bu hesabatlar çox yaxşı idi və vətəndaşların diqqətinə çatdırılmalıdır. Çünki əsil sərmayə xalq, onların etimadı və ümididir.

İnqilab Rəhbəri həmçinin Dövlət Həftəsini xalq və ziyalılar tərəfindən dövlətin funksiyasının ədalətli qiymətləndirilməsi üçün dəyərli fürsət adlandırıb və deyiblər: Tənqidin zərəri yoxdur, lakin bu tənqid ədalətli və düzgün həll yolu ilə birlikdə olmalıdır.

İnqilab Rəhbəri bəyan ediblər: Hazırda iqtisadi düyün və problemlər ölkənin əsas məsələsidir. Bu həll olunmalıdır və onların həlli müqavimət iqtisadiyyatı siyasətlərinin düzgün və dəqiq icrası çərçivəsində olmalıdır.

Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Müqavimət İqtisadiyyatı komitəsi dövlət və özəl sektorlarda böyük həcmli iqtisadi fəaliyyətləri izləməli və bu fəaliyyətlərin hamısının müqavimət iqtisadiyyatı çərçivəsində olduğunu bilməlidir.

İnqilab Rəhbəri ötən illərdə ölkənin elmi hərəkəti, aeronavtika, nano, nüvə və biologiya sahələrindəki nailiyyətləri ötən 12 il ərzində elmi hərəkatın düzgün şəkildə irəliləyişinin nəticəsi adlandırıb və xatırladıblar: Müqavimət İqtisadiyyatı məsələsində də belə düzgün şəkildə irəliləyiş formalaşmalıdır.

Həzrət Ayətullahülüzma Xamenei "qərar səlahiyyətlərinin vilayətlərə verilməsi, bank sadələşdirmələrinin istiqamətləndirilməsi, həmçinin likvidlik həcminin istehsala doğru hərəkət, ixracat təşviqatçıları, kənd təsərrüfatı məhsullarının ödənişinin vaxtında ödənməsi, kəndlərə ciddi diqqətin yetirilməsini" müqavimət iqtisadiyyatı siyasətlərinin reallaşması üçün mümkün və əsaslı addımlardan adlandırıblar.

İnqilab Rəhbəri vurğulayıblar ki, ölkədə əsaslı şirkətlər tərəfindən icra oluna bilən layihələr xarici şirkətlərə verilməməlidir.

Həzrət Ayətullahülüzma Xamenei xarici siyasət məsələsinə toxunaraq əlavə edib: Mən bu məsələ ilə razıyam və diplomatiya ilə işləməyin tərəfadrı olmuşam. Lakin diplomatiya qüdrəti dünyada bərabər və münasib şəkildə paylanmalıdır.

İslam İnqilabının Böyük Rəhbəri xatırladıblar: Asiya, Afrika, Latın Amerikası ölkənin xarici siyasətində münasib paya malik olmalıdır.

Xarici siyasət səhnəsində fəal mövqeyin sərgilənməsinin zəruriliyini qeyd edən İnqilab rəhbəri deyiblər: Çox mürəkkəb olan region məsələləri kimi məsələlərdə diqqətlə, ayıqlıqla və tam düşüncə ilə aktiv şəkildə meydana daxil olmaq lazımdır.

Həzrət Ayətullahülüzma Xamenei iqtisadiyyatın inkişafı üçün diplomatiya potensialından istifadəni də vurğulayıblar.

İnqilab Rəhbəri sözlərinin davamında diplomatiyada zahiri rəfatlara arxalanmağın qeyri-mümkün olduğuna toxunaraq deyiblər: Diplomatiyada etimad ediləsi yeganə məsələ, stabil, dəqiq, imzalanmış və təsbitlənmiş məsələdir.

İnqilab Rəhbəri nüvə anlaşması məsələsində amerikalıların yanlış hərəkətlərinin təcrübə olmasını qeyd edərək xatırladıblar: Bu təcrübə bizə öyrədir ki, Amerikada heç bir höumətin vədlərinə etimad etmək olmaz və onların vədləri qarşısında ölçülmüş addım atmaq lazımdır.

Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Nüvə anlaşmasına tənqidim qarşı tərəfin əhdə sadiq qalmaması və xəbisliyi ilə əlaqədardır. Bizim müzakirəçilərimiz var-gücləri ilə gecə-gündüz səylərini göstərdilər və biz onların zəhmətlərini alqışlayırıq.

İnqilab Rəhbəri deyiblər: Ölkə inkişaf üçün elm və texnologiyaya ehtiyaclıdır və ötən illərdə bu sahədə yaxşı nailiyyətlər əldə olunmuşdur.

Həzrət Ayətullahülüzma Xamenei deyiblər: Allahın lütfü və hərbi və təhlükəsizlik qüvvələrinin alqışalayiq səyləri nəticəsində regionun destabillik və hadisələrlə dolu olduğu halda, ölkə möhkəm təhlükəsizliyə malikdir.

İnqilab Rəhbəri xalqın inqilabçı və dini ruhiyyəsini ölkənin möhkəm təhlükəsizlikdə olmasının amillərindən adlandırıb və bildiriblər: Heç bir vəchlə bu millli müdafiə səddində boşluq yaranmamalıdır.

Həzrət Ayətullahülüzma Xamenei ölkənin müdafiə imkanları və təchizatları təhlükəsizlik sipərini yaradan amil adlandırıb və əlavə ediblər: Düşmən ölkənin müdafiə və raket qüdrətinin artmasından nigarandır. Buna görə, müdafiə qüdrətinin güclənməsinə kömək etmək və onu dəstəkləmək lazımdır.

İnqilab Rəhbəri sözlərinin davamında əlavə ediblər: Mədəniyyət ədəbiyyat, incəsənət, həyat tərzi, rəftar və ictimai əxlaqa şamil olur və mədəniyyət qurumlarının bütün bu sahələrdə məsuliyyəti və vəzifəsi vardır.

Həzrət Ayətullahülüzma Xamenei bildiriblər: Mədəniyyətdə azaddüşüncə ruhiyyəsi ədalətli proqramlaşdırma ilə yanaşı olmalıdır və çox yaxşı metodların istiqamətləndirilməsi ilə mədəni zərbələrin qarşısı alınmalıdır.

İnqilab Rəhbəri 6-cı inkişaf proqramı ilə əlaqədar deyiblər: İnkişaf, koordinasiya, birlikdə çalışmaq proqramları yaradılmalıdır. Bir zəncirin halqaları olaraq ölkəni perspektiv məqsədlərinə çatdırırlar. Buna görə, 6-cı proqramı sürətlə irəlilətmək lazımdır.

İnqilab Rəhbəri əlavə ediblər: Virtual aləm inkişafda olan, çox geniş və dayanmayacaq bir dünyadır. Belə ki, böyük fürsətləri, eyni zamanda təhdidləri də ola bilər.

Bu görüşün əvvəlində İran prezidenti müqavimət iqtisadiyyatının əhəmiyyətini vurğulayıb və ötən üç il ərzində hökumətin ən böyük nailiyyətini iqtisadi stabilliyin yaradılması adlandırıb.