Avq 24, 2016 18:13 Asia/Baku
  • İran səfiri xarici investorları investisiya yatırmağa çağırdı
    İran səfiri xarici investorları investisiya yatırmağa çağırdı

İranın Azərbaycandakı səfiri digər ölkələrin iqtisadi fəallarından İranı öz investisiyalarının məqsədlərindən biri olaraq seçməyə çağırıb.

İRNA-nın məlumatına görə, İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin "İranda investisiya cazibəlikləri və problemləri" beynəlxalq konfransına məqalə ünvanlayaraq nüvə anlaşmasından sonra İranda yaranan investisiya təşviqatçıları və potensiallarına toxunaraq bildirib: Yeni şəraitdə artıq vaxtı çatıb ki, xarici investorlar arxayınlıqla İranda investisiyanı müsbət qarşılasınlar.

Pakayin xarici investorların İran İslam Respublikası və İranın bugünkü reallıqlarının tanınmasına dair baxışlarının dəyişilməsinin zəruriliyini qeyd edərək deyib: Hökumətin təsdiqi ilə İranda xarici investorlar üçün çoxlu təşviqatçılar yaradılıb və hökumət xarici investorlara lazımi dəstəkləri təqdim edir.

İranın Azərbaycandakı səfiri xarici investorları dəstəkləmək, investisiya layihələrində iştirak üçün böyük maliyyə mənbələri və sadələşdirmələrlə milli inkişaf fondunun yaradılmasını investorlara dəstək üçün önəmli addımlardan adlandırıb.