Avq 26, 2016 17:54 Asia/Baku
  • İran-Hindistan əlaqələri / 3-cü tərəfin təsir dairəsindən kənar
    İran-Hindistan əlaqələri / 3-cü tərəfin təsir dairəsindən kənar

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İran və Hindistan əlaqələrinin xarici tərəfləri təzyiqlərindən təsir almadığını deyib.

Əli Şəmxani Hindistanın baş naziri Narendra Modi ilə görüşdə bu ölkənin İranın nüvə haqqını müdafiə üzrə dəyişməz mövqeyini alqışlayıb və deyib: İran və Hindistanın konstruktiv baxışları və müstəqil siyasətləri birgə əməkdaşlıq üçün bir çox zəminlər yaradıb. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi bəzi region ölkələrinin terrorçuları himayə etmələrini tənqid edərək, deyib: İran və Hindistan arasındakı əməkdaşlıqlar təkfirçilərin Hindistandakı müsəlmanlara arasına nüfuz etməsini önləyə bilər. 

Şəmxani həmçinin, Hİndistanın baş nazirinin İrana olan səfəri zamanı iki ölkə arasında imzalanan Çabəhar anlaşmasına işarə edərək, deyib: Şimal-cənub nəqliyyat dəhlizinin aktivləşdirilməsi və Çabəhar limanının bu layihənin icrasında mühüm rol oynaması tranzit layihələrinin çiçəklənməsinə səbəb olacaq. 

Hindistanın baş naziri də bu görüşdə İran və Hindistanın baxışını insanlığı müdafiə adlandırıb və deyib: Bu gün insanlığı təhdid edən ən böyük təhlükə terrorizm və ifratçılıqdır. 

Hİndistanın baş naziri İslamı mehribanlıq və rəhmət dini adlandırıb və deyib: 1400 il öncədən bu günə qədər heç bir hadisə və amil İslam dini ilə heç bir əlaqəsi olmayan terrorizm qədər bu dinə zərbə vura bilməyib. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi cümə günü Hindistana 2 günlük rəsmi səfər edib.