Avq 26, 2016 21:00 Asia/Baku
  • İran gərginlik çevricilərinin istehsalında yeni uğurlar əldə edib
    İran gərginlik çevricilərinin istehsalında yeni uğurlar əldə edib

İranda elm təməlli bir şirkət xüsusi ilə rabitə sahəsində istifadə eidlən generatorların kütləvi istehsalına başlayaraq, yerli tələbatı ödəməklə yanaşı, Asiya, Afrika və Latın Amerikası bazarlarına da çıxış əldə etməyi bacarıb. Bu şirkət həmçinin külək turbinlərində istifadə edilən konvertorlar və günəş panellərində istifadə edilən invertorların istehsal edilməsi üzrə də fəaliyyətə malikdir.

Gərginlik çevriciləri elektrik enerjisini bir formadan başqa formaya çevirən sistemlərə deyilir. Bu çevricilər bir çox sənaye sahəsini o cümlədən rabitə sənayesi, ev ləvazimatları, nəqliyyat və yeni enerjilərə kimi bütün sahələri özünə aid edir.

 

Şirkətin müdiri Məhəmməd Əli Çəməniyan bu barədə deyir: "Bu məhsulun ən çox istifadə edildiyi sahə rabitə sahəsidir. Biz “BTS” adlanan və mobil telefon sahəsinə aid olan bir sistem hazırlamağa nail olmuşuq."

 

Tus sənaye şəhərində yerləşən bu elm təməlli şirkətin fəaliyyət sahələrindən biri də külək turbinləri üçün konvertorlar və günəş panelləri üçün invertorların istehsal edilməsidir.

 

M.Çəməniyan həmçinin deyir: "Biz öz məhsullarımızı Orta Asiya ölkələrinə, Afrika ölkələrinə, Ərəb ölkələrinə ixrac edirik. Biz regionda fəaliyyət göstərən mobil operatorlardan 10-u ilə əməkdaşlıq edirik. Dünya bazarında digər məhsullar ilə rəqabət aparmaq üçün isə bir sıra güzəştlərin edilməsi və maliyyə məsələlərinin həll edilməsi lazımdır."

 

Elm təməlli şirkətin müdiri məhsulun üstün cəhətlərinə də aydınlıq gətirdi: "Xaricdən idxal edilən məhsullarda müştərinin seçim haqqı məhdud olur və mövcud məhsullardan birini seçmək məcburiyyətində qalır. Amma, biz, elm təməlli şirkət olaraq, müştərinin ehtiyacını yerində dəyərləndirir, onun istəklərini nəzərə alaraq, tam onun istədiyi məhsulu ona təqdim edirik. Həmçinin, bu sistemlərin saxlanılması, onların zaman-zaman təmir edilməsi və yenilənməsi kimi məsələlər də var ki, biz bütün bu xidmətləri müştərilərimizə təqdim edirik. Amma, xaricdən gətirilən məhsullar barəsində belə bir imkan mövcud deyil. Həmçinin, bizim məhsullarımız xarici məhsullar ilə müqayisədə 15% daha ucuz başa gəlir. Digər tərəfdən xaricdən gətirilən məhsullar 4 aydan tez sifarişçinin əlinə çatmır. Biz isə məhsullarımızı 1 aydan daha tez müddət ərzində sifarişçiyə çatdırırıq."

 

Çəməniyanın dediyinə görə şirkətin növbəti hədəfi günəş panelləri üçün invertorların hazırlanmasıdır. İstər sənaye məqsədli olsun, istər fərdi istifadə üçün.