Avq 28, 2016 10:40 Asia/Baku
  • Laricani: İran İraqın bölünməsilə müxalifdir
    Laricani: İran İraqın bölünməsilə müxalifdir

İran İslam Şurası Məclisinin sədri deyib ki, İran yüz faiz İraqın bölünməsilə müxalifdir.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani dünən Tehranda İraq "Nucəba" İslam Müqaviməti Təşkilatının baş katibi Şeyx Əkrəm Əlkəəbi ilə görüşdə deyib: Ərəbistan hazırkı şəraitdə mənfi fəaliyyətlər məntəqəsinə malikdir, amma daim uğursuz qalaraq, məğlub olubdur.

Fars xəbər agentliyinin məlumatına görə, Laricani bir il yarımınn ötməsinə rəğmən, hələ də davam edən və Yəmənin günahsız xalqını qanına qəltan edən Ərəbistanın Yəmənə qarşı hərbi hücumunu xatırladaraq, əlavə edib: Ali-Səud Suriyada olduğu kimi, Yəməndə də hədəflərindən heç birinə çata bilməyib.

İranın qanunvericilik hakimiyyətinin sədri həmçinin İraq mərcəiyyətinin mövqelərini himayə edərək, deyib: Düşmənlərin İraq və Suriyadakı planları davam edir və birlik və həmrəyliklə düşmənlərin islami ölkələrə yiyələnmələrinə mane olmaq lazımdır.

İraq "Nucəba" İslam Müqaviməti Təşkilatının baş katibi Şeyx Əkrəm Əlkəəbi də İran xalqının İraq xalqına olan yardımlarına işarə edərək, deyib: İraqdakı bir çox işğal olunmuş məntəqə İŞİD-in əlindən azad edilib və hazırda İŞİD terrorçuları yalnız Mosulda və Vilayətulənbar səhrasından məhdud məntəqələrdə iştirak edirlər.

Teqlər