Avq 28, 2016 11:13 Asia/Baku
  • Ruhani: Regiondakı terrorizmin kökü Amerikanın hərəkətlərinin məhsuludur
    Ruhani: Regiondakı terrorizmin kökü Amerikanın hərəkətlərinin məhsuludur

İran prezidenti deyib ki, regionda terrorizmin kökü və yayılması Amerikanın İraq və Əfqanıstan savaşları, həmçinn Suriya böhranındakı hərəkətlərinin məhsuldur.

Həsən Ruhani şənbə günü Tehranda Müqəddəs Müdafiə Dövrrünün dövlət başçılarının iclasında deyib: Əgər Amerikanın Əfqanıstan və İraqa qarşı təcavüzləri, eləcə də Suriyada böhran yaratmaq üzrə təhrikləri həyata keçirilməsəydi, terrorizm bu genişlikdə regionda yayılmazdı.

Ruhani söyləyib: Bu gün regionda bir belə cinayət törədərək, qan axıtmış İŞİD adında terrorçuların kökü regionda baş vermiş təcavüzlərə qayıdır və terrorizmlə mübarizə beynəlxalq həmkarlıqlarla həyata keçirilməlidir.

Ruhani Əfqanıstan və İraq savaşlarına toxunaraq, deyib: Əgər Əlqaidə meydana gəlibdirsə, Sovet İttifaqının Əfqanıstana hücumuna, sonra da həmin məntəqədə terrorizmin davam etməsi Amerikanın Əfqanıstana təcavüzünə görə olubdur.

Teqlər