Avq 28, 2016 13:26 Asia/Baku
  • Neft-kimya obyektlərində zərərli proqramlar aşkarlanıb
    Neft-kimya obyektlərində zərərli proqramlar aşkarlanıb

İranın Passiv Müdafiə Təşkilatının sədri neft-kimya obyektlərində aparılan təftişlər zamanı bir növ zərərli proqramların aşkarlanmasından xəbər verib.

IRNA-nın məlumatına görə, İranın Passiv Müdafiə Təşkilatının sədri general-mayor pasdar Qolamreza Cəlali dünən müxbirlərlə müsahibədə əlavə edib: Neft-kimya komplekslərinə sənaye viruslarının daxil olmasının mənşəyi, qoşulduğu zaman problemlər yaratmış import sənye proqramlarından istifadə olubdur.

İranın Passiv Müdafiə Təşkilatının bu məsul şəxsinin sözlərinə görə, neft-kimya kompleksləri sənaye nəzarətlərinin industrial nəzarət sistemi tərəfindən həyata keçirildiyi komplekslərdən sayılır.

General-mayor pasdar Cəlali habelə Amerikanın Nyu-York Tayms qəzetində yazılmış bir məqaləyə toxunaraq, deyib: Son zamanlar amerikalılar İranın sənaye avadanlıqlarında implantlar yerləşdirdiklərini iddia etmişdilər.