Avq 28, 2016 18:39 Asia/Baku
  • İranda ilk
    İranda ilk "vakuumda dondurulma yolu ilə qurutma aparatı" düzəldilib

İranda ilk "vakuumda dondurulma yolu ilə qurutma aparatı" Ərakda Sepah-ın dəniz qüvvələri komandanının iştirakı ilə təqdim olunub. Ərak sənaye elitası və tədqiqatçıları bu yeni yerli aparatı 32 ay müddətinə konstruksiya edərək, düzəldiblər. Bu aparatın düzəldilməsilə İran "vakuumda dondurulma yolu ilə qurutma aparatı" texnologiyasına malik olan altı ölkə arasında qərar tapıb.

Sənaye və universitet peyvəndi. Ölkənin ilk "vakuumda dondurulma yolu ilə qurutma aparatı" Sepah-ın dəniz qüvvələri komandanının iştirakı ilə Ərakda təqdim olunub.

Doktor Əhmədi, Ərak Universitetinin rektoru: Bu gün "vakuumda dondurulma yolu ilə qurutma aparatı" adlandırılan bir aparatın istifadəyə verilməsinin şahidiyik, O, əsasən kənd təsərrüfatı məhsulları sahəsində işlədilir. İnkişaf etmiş ölkələrdə bu aparatla məhsulları iki ildən on beş ilədək saxlaya bilirlər.

Hüseyni, konstruktor və istehsalçı: Elə əvvəldə konstruksiya və texnologiya məsələsini eyni vaxtda nəzərdə tutduq. Bu texnologiyaya malik olan on ölkə sırasındayıq.

Ölkə hər il bu aparatdan azı on nümunəyə ehtiyaclıdır ki, kənd təsərrüfatı məhsullarının hədər getməsi və dərmanların xarab olmasının qarşısını almaq üçün ondan istifadə olunur.

Ətifi, konstrukto və istehsalçı: Bunlar istilik ötürücü rəfləridir. Soyutma və isitmə yaradırlar. Qida maddələri lotokları bunların üzərində yerləşir. Yüz kiloqramlıq tutuma malikdir.

Sepah-ın dəniz qüvvələrinin komandanı bu mərasimdə ixtiralar və yeniliklərin önəmini iri həcmli istehsal üzrə himayə adlandırıb və deyib ki, müqavimət iqtisadiyyatı ilində elmi əsaslı layihələr himayə olunmalıdır.

Kontr-admiral Fədəvi, Sepah-ın dəniz qüvvələrinin komandanı: Bu iş elmi cəhətdən birinci beynəlxalq səviyyəyə malikdir. İstehlak baxımından bütün xalq təbəqələrindən tam bir səviyyəni əhatə edir. Elmi əsaslı şirkətlər gəncdirlər və dəstəyə ehtiyaclıdırlar.

Və ölkənin Quruculuq Bəsici Təşkilatı sədrindən xoş xəbər, "vakuumda dondurulma yolu ilə qurutma aparatı"nın iri həcmdə istehsalı üçün əraklı elitanı himayə idi.