Avq 28, 2016 18:42 Asia/Baku
  • İnqilab Rəhbəri HHM Qərargahının komandanları ilə görüşüblər
    İnqilab Rəhbəri HHM Qərargahının komandanları ilə görüşüblər

İslam İnqilabının Böyük Rəhbəri ordunun Xatəmulənbiya(s.ə.s) Hava Hücumundan Müdafiə Qərargahının komandanları ilə görüşdə vurğulayıblar: Düşmən başa düşməlidir ki, əgər hücum edərsə, möhkəm zərbə alacaqdır.

İranın Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xamenei bu gün ordunun Xatəmulənbiya(s.ə.s) Hava Hücumundan Müdafiə Qərargahının komandanları ilə görüşdə hava hücumundan müdafiənin "hər cür hücumla mübarizənin ön cəbhəsi" kimi önəminə toxunaraq, İran İslam Respublikasının qarşısında duran cəbhəni xəbis və xalqın istiqlaliyyəti ilə müxalif olan bir cəbhə adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri belə qeyd ediblər: İran İslam Respublikasının müdafiə qüdrətini zəiflətmək ardınca olan bu düşmən qarşısında silahlı qüvvələrin hazırlıqları o qədər artmalıdır ki, düşmən hətta özünə təcavüz barədə fikirləşmək icazəsi belə verməsin.

Həzrət Ayətullahuluzma Xamenei "insan qüvvəsinin əzmkarlığı, iradəsi və bacarığı"nı maneələr və zəifliklərin aradan qaldırılması sahəsində mühüm amil adlandıraraq, əlavə ediblər: Hava Hücumundan Müdafiə Qərargahı ön və əsas cəbhələrdəndir və bu mühüm mövqeyin qədrini bilərək və əzmkarlıq, iradə və qətiyyətlilik göstərərək, düşmənin hücumdakı əzmkarlığını zəiflətməlisiniz.

İslam İnqilabının Böyük Rəhbəri İran xalqı və İslam Quruluşu ilə düşmənçiliyi dünyada yayılmış bəzi düşmənçiliklərdən daha əhatəli adlandırıb və belə qeyd ediblər: Qarşı cəbhə, o sıradan "hegemon sistem" və "beynəlxalq sionizm" İran xalqnın zorakı sözə təslim olmaması, eləcə də istiqlaliyyət və dini inamlar prinsipi ilə düşmənçilik edən xəbis və zalımcasına təfəkkürlərə malik bir cəbhədir.

O həzrət bu zalım cəbhənin düşmənçiliyinin müxtəlif simalarda büruzə verməsinə toxunaraq, söyləyiblər: Bu düşmənçilik bir gün Amerikanın simasında, başqa bir gün isə Səddam rejimi kimi zalım bir rejimin simasında özünü göstərir, amma mühüm olan məsələ budur ki, İran bol imkanlardan istifadə edib, düşmənin mövqeyi və planını aşkarlayaraq, düzgün mövqe tutub, düzgün qərar çıxararaq, ona əməl etməlidir.

Həzrət Ayətullahuluzma Xamenei S-300 raket sistemi və ya mühafizə olunan Fordo təsisatları ilə geniş müxalifət və qalmaqalı İran xalqının düşməninin xəbisliklərinin nümunələri adlandıraraq, deyiblər: S-300 sistemi hücum deyil, müdafiə vasitəsidir, amma amerikalılar əllərindən gələni edibllər ki, İran İslam Respublikası bu imkana malik olmasın.