Sen 14, 2016 13:41 Asia/Baku
  • Zərif: İslam adına edilən zorakılıqların kökü vəhhabilikdir
    Zərif: İslam adına edilən zorakılıqların kökü vəhhabilikdir

İranın xarici işlər naziri İslam adına törədilən zorakılıqların kökündə vəhhabilik təfəkkürünün dayandığını bildirib.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Nyu-York Tayms qəzetində dərc olunmuş məqaləsində yazır: Ali-Səud başçıları ittiham və qorxu dolu təbliğatları bir kənara qoyub, bütün ölkələri təhdid edən terrorizm və ifratçılıq ilə mübarizədə digər ölkələr ilə əməkdaşlıq etməlidirlər.

Zərif əlavə edib: 11 sentyabr 2001-ci il terror aktından bəri vəhhabilik bir neçə dəfə öz maskasını dəyişib. Amma, onun ideologiyası və tutduğu y olda heç bir dəyişiklik baş verməyib. İstər Taliban ,istər  Əl-Qaidə. istərsə də nə islam nə də dövlət olmayan qondarma "İslam Dövləti" adı altında olsun.

Zərif həmçinin deyib: "Regiondakı gərginliyin İranı cilovlamağa kömək edəcək" kimi yanlış düşüncələrə qapılmalar və ya "şiə və sünni arasındakı düşmənçilik regionda gərginliyə səbəb olub" iddiası mövcud gerçəklik ilə daban-dabana ziddir. Regionda törədilən dəhşətli cinayətlər əslində ərəb və sünni qardaşların vəhhabilər tərəfindən acımasız şəkildə qırğın edilməsi üzərində qurulub.

Teqlər