Sen 21, 2016 12:12 Asia/Baku
  • İran və Türkiyə prezidentləri Nyu-Yorkda görüşüblər

İran və Türkiyə prezidentləri regional böhranların həllinə. Suriya və İraqda terrorizm ilə mübarizəyə təkid ediblər.

İran İslam Respublikası prezidenti Həsən Ruhani Nyu-Yorkda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşdə İranın daim dost ölkə olan Türkiyənin kənarında dayanacağını deyərək, vurğulayıb: Tehran Ankara ilə əlaqələrini bütün sahələr üzrə genişləndirməyə hazırdır. 

İRİB-nin verdiyi məlumata görə, İran prezidenti Türkiyədə dövlət əleyhinə çevriliş cəhdinə işarə edərək, deyib: Türkiyədə xalqın rəyi ilə iqtidara gəlmiş dövlət əleyhinə çevriliş cəhdi son dərəcə narahatlıq doğuran bir məsələ idi və İran elə ilk andan Türkiyədə sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün bütün imkanlarını səfərbər etdi. 

İran prezidenti Türkiyədə dövlət çevrilişinə cəhdin bəzi ölkələr tərəfindən məntəqə əleyhinə cızlmış planın davamı adlandırıb və deyib: Heç şübhəsiz birgə səy və əməkdaşlıq ilə düşmənin cızdığı planın qarşısını almaq olar. 

Ruhani həmçinin, terrorizmi bütün region ölkələri üçün ciddi təhdid adlandırıb və deyib: İran və Türkiyə terrorizm ilə mübarizədə, xüsusi ilə Suriya və İraqda sabitlik və təhlükəsizliyin təmin edilməsində təsirli rola malik ola bilərlər. 

Türkiyə prezidenti də bu görüşdə İran xalqı və dövlətinə dövlət çevrilişinə cəhd zamanı Türkiyəyə verdiyi dəstəyə görə təşəkkür edib və İranın Türkiyəyə olan dəstəyinin davam edəcəyindən əmin olduğunu bildirib. 

Teqlər