Sen 22, 2016 21:10 Asia/Baku
  • İslam inqilabının böyük rəhbərinin müqəddəs müdafiə həftəsi münasibəti ilə müraciəti
    İslam inqilabının böyük rəhbərinin müqəddəs müdafiə həftəsi münasibəti ilə müraciəti

İslam inqilabının böyük rəhbəri müqəddəs müdafiə həftəsi münasibəti ilə etdikləri müraciətdə həyatları və ölümləri ilə müsəlman cəmiyyətin yüksəlişinə səbəb olan şəhidlərə Allahın salamlarını diləyiblər.

İslam inqilabının böyük rəhbəri müqəddəs müdafiə, şəhidlər və hərbi veteranları anım həftəsi münasibəti ilə etdikləri müraciətdə İran xalqının bu günkü müvəffəqiyyətini şəhidlər və hərbi veteranların igidliyinə borclu olduğunu bildiriblər. 

Həzrət Ayətullahül-uzma Xamenei bu gün etdiyi müraciətdə müqəddəs müdafiə həftəsini anaraq bildiriblər: Allahın salamı həyat və ölümləri ilə müsəlman cəmiyyətin yüksəlişinə səbəb olan şəhidlərə olsun! 

İranın hər bir yerində şəhidlərin məzarının ətirlə yuyulması və güllə bəzədilməsi mərasimi ilə eyni zamanda oxunan bu müraciətdə deyilir: Allaha şükürlər olsun ki, şəhadətin yüksək mənası və məzmununu bizim dövrdə cilvələndirdi və pak ürəkləri ona müştaq etdi. 

Həzrət Ayətullahül-uzma Xamenei müqəddəs müdafiə dövründəki şəhidlərin İran xalqının bu günkü həyatını mənəviyyətlə işıqlandırdığını bildirərək xatırladıblar: Bu atmosferdən görən gözlər və oyaq könüllər bəhrələnir, yeni islam sivilizasiyasına doğru hərəkətin özülünü təşkil edən mənəvi ehtiyat gün-gündən artır və həyata ruh və təravət bəxş edir. 

Teqlər