Sen 25, 2016 16:34 Asia/Baku
  • Dünyanın çox istinad edilən məqalələri arasında İranın payı artıb
    Dünyanın çox istinad edilən məqalələri arasında İranın payı artıb

İslam dünyası elmləri üzrə istinad portalının rəhbəri deyib: İranın elm istehsalı sahəsində say deyil, keyfiyyət üstünlüyünü nəzərə alaraq, hal-hazırda dünyanın çox istinad olunan məqalələri arasında İranın payı 2 faizi ötüb keçibdir.

İRİB-nin bu gün verdiyi məlumata görə, Məhəmməd Cavad Dehqani deyib: 2006-cı ildə çox istinad olunun məqalələr arasında İranın payı 31 olsa da bu rəqəm 2015 üçün 225-ə çatıb. 

Dehqani deyib: İran hal-hazırda "1 faiz üstün məqalələr"in inkişaf səviyyəsi baxımından dünyada ikinci yeri tutur və 2016-cı il üçün hələ təkmilləşməmiş informasiyalara görə, İranın çox istinad edilən məqalələrinin sayı 128-ə çatıb. 

Dehqani deyib: Dünyada ümümi elm istehsalında İranın payını nəzərə alaraq, İran 2006-da say baxımından yarım faizlik, "bir faiz üstün məqalələr" baxımından isə sıfır tam onda üç faizlik inkişafa malik olub.