Sen 25, 2016 19:21 Asia/Baku
  • Zülfüqar ballistik raketinin istehsal xətti açılıb
    Zülfüqar ballistik raketinin istehsal xətti açılıb

Abadanın mühasirəsinin sındırılmasının ildönümü ərəfəsində İranın müdafiə qüdrətinin digər bir səhifəsi varaqlandı. Zülfüqar ballistik raketinin istehsal xətti İranın Müdafiə Nazirliyinin Hava-Kosmos Təşkilatı mütəxəssislərinin təşəbbüsü ilə açılıb.

700 kilometrlik mənzilə malik olan bu "yer-yer" tipli raket lokatordan yayınandır və yer üzərində yayılmış hədəf və mövqeləri vura bilər.

İranın Müdafiə Nazirliyinin Hava-Kosmos Təşkilatı mütəxəssislərinin təşəbbüsü ilə, 700 kilometrlik mənzilə və lokatordan yayınmaq qabiliyyətinə malik olan  "yer-yer" tipli  Zülfüqar ballistik raketinin istehsal xətti açılıb.

İranın müdafiə naziri bu raketin istehsal xəttinin açılışı mərasimində onu taktiki raket adlandırıb.

İranın müdafiə naziri general Dehqan deyib: Bu raket taktikidir, zira onun hədəflərə doğru hazırlanması zamanı olduqca qısadır. Və bu, silahlı qüvvələrin hərəkət qabiliyyətini yüksəldir və bizim tərəfdən düşmənin aldadılması imkanını artırır. Raket çoxtərəfli gəmiçilik sistemləri və elektron müharibə ilə mübarizə qabiliyyətinə malikdir və əgər elektron hücumlara məruz qalarsa, öz istiqamətini tapa bilər.

Bir etaplı Zülfüqar raketinin digər qabiliyyətlərindən biri, onun hər bir iqlim şəraitində atılması imkanıdır.

Xüsusi qabiliyyətlərə malik olan bu raketin sanksiya dövründə konstruksiya edilib, hazırlanması İranın Müdafiə Nazirliyindəki yüksək ixtisas imkanlarından söz açır.

Zülfüqar ballistik raketinin  konstruksiya edilib, hazırlanması ilə İran İslam Respublikasının Silahlı Qüvvələrinin çəkindiricilik qüdrəti bir daha artıbdır.