Okt 12, 2016 13:25 Asia/Baku
  • İran
    İran "80 minlik hüseyniyyədə" Cənubi Koreyanı məğlub etdi

Rusiya 2018 Dünya Çempionatının Asiya üzrə seçmə mərhələsində İran 80 min əzadarın alqışları ilə Cənubi-Koreyaya qalib gəlib.

İran 1-0 hesabı ilə Cənubi Koreyaya qalib gələrək, qrupda 10 xalla birinci pilləyə yüksəlib. İrandan sonra  Özbəkistan 9, Cənubi Koreya isə 7 xalla qərarlaşıblar.

İranlılar bundan öncə Tehranın 100 minlik Azadi arenasını dünyanın ən böyük hüseyniyyəsinə çevirəcəklərini demişdilər.

Ötən gün Tasua günündə İmam Hüseyn aşiqləri İran yığmasına dəstək vermək üçün Azadi arenasını dünyanın ən böyük hüseyniyyəsinə çeviriblər.

Teqlər