Okt 21, 2016 20:24 Asia/Baku
  • İran və Finlandiya müasir texnologiyalar sahəsində əməkdaşlıq edəcəklər
    İran və Finlandiya müasir texnologiyalar sahəsində əməkdaşlıq edəcəklər

İranın yol və şəhərsalma naziri ilə Finlandiyanın kənd təsərrüfatı və ətraf mühit naziri şəhərlərin davamlı inkişafı və ətraf mühitin mühafizəsi qarşısında duran problemlərin aradan qaldırılması sahəsində əməkdaşlıqların genişləndirilməsinə təkid ediblər.

İRİB-nin verdiyi məlumata görə, İranın yol və şəhərsalma naziri Abbas Axundi bu gün Ekuadorun paytaxtı Kito şəhərində beynəlxalq məskunlaşma konfransının kənarında Finlandiyanın kənd təsərrüfatı və ətraf mühiti mühafizə naziri Kimmo Tilikainin ilə görüşündə deyib: İran şəhər idarə edilməsi və ağıllı şəhərlərin inkişafı layihəsində Finlandiya ilə əməkdaşlığa hazırdır. 

Axundi deyib: Dünyada şəhərləşmənin sürətli inkişafını və bu prossesdən irəli gələn problemləri xüsusilə iri şəhərlərin orta və kənar hissələrində ortaya çıxan çətinlikləri nəzərə alaraq, şəhərlərin yaşayışa uyğunlaşdırılması və köçürülməsi İran İslam Respublikasında davamlı inkişaf proqramının gündəmindədir. 

Bu görüşdə Finlandiyanın kənd təsərrüfatı və ətraf mühiti mühafizə naziri də ölkəsinin İrana müasir enerji texnologiyasını ötürməyə hazır olduğunu bildirib və iki ölkə arasında əməkdaşlıqlara bir çox zəminlərin mövcud olduğunu vurğulayıb. 

Kimmo Tilikainin deyib: Finlandiya təbii istilik və soyutma sistemlərinə malik olan ağac evlərin inşası texnologiyasında böyük təcrübəyə malikdir və bu sahədə İranla əməkdaşlıq etməyə hazırdır. 

Teqlər