Okt 22, 2016 13:29 Asia/Baku
  • Venesuela prezidenti Tehran yolunda

Venesuela prezidenti Qafqaz və Yaxın Şərqə dövri səfəri çərçivəsində bu gün İrana səfər edəcək.

Venesuela prezidenti Nikolas Maduro ötən gün Azərbaycan Respublikası, İran İslam Respublikası, Səudiyyə Ərəbistanı və Qətərə 4 günlük dövri səfərini başlayıb. 

Maduro Tehranda İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə görüşərək danışıqlar aparacaq. 

Enerji bazarı, xüsusilə də neftin qiyməti ilə əlaqədar proseslərin araşdırılması İran İslam Respublikası və Venesuela prezidentlərinin danışıqlarının əsas mehvərini təşkil edəcək. 

Veneseula prezidenti region səfərini Azərbaycan Respublikasından başlayıb. O ötən gecə Bakıya daxil olub.