Okt 22, 2016 18:21 Asia/Baku
  • Venesuela prezidenti Tehrana gəldi

Venesuela prezidenti İran rəsmiləri ilə görüşərək danışıqlar aparmaq üçün Tehrana səfər edib.

Venesuela prezidenti Nikolas Maduro bu gün İran prezidenti Həsən Ruhani ilə görüşərək danışıqlar aparmalıdır.

İkitərəfli və beynəlxalq münasibətlərin araşdırılması, həmçinin neft bazarının prosesləri Ruhani və Maduronun görüşündə əsas müzakirə obyekti olacaq.

Maduro cümə günü Ərəbistan, İran, Qətər və Azərbaycan Respublikasına 4 günlük dövri səfərini ötən gün başlayıb.

Venesuela prezidentinin bu səfəri Neft İxrac Edən Ölkələr Təşkilatı OPEK-in Vyanada keçiriləcək iclasından bir ay öncə baş tutur.