Noy 14, 2016 10:13 Asia/Baku
  • Matviyenko-Laricani
    Matviyenko-Laricani

İranın İslam Şurası Məclisi və Rusiya Federasiya Şurasının sədrləri iki ölkənin qarşılıqlı əlaqələrin genişləndirilməsi və terrorizm kimi regional böhranlara son qoyulması üçün əzmkar olduğunu bildiriblər.

İRNA-nın verdiyi məlumata görə, İranın İslam Şurası Məclisinin sədri Əli Laricani dünən Tehranda Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə qarşılıqlı əlaqələr, önəmli regional və beynəlxalq məsələləri müzakirə edib. 

İran parlamentinin müştərək mətbuat konfransında İran və Rusiya əlaqələrinin xüsusi ilə son illərdə yüksələn xətt üzrə inkişaf etməkdə olduğunu bildirərək deyib: İran İslan Respublikası regionda terrorizm ilə mübarizə sahəsində Rusiya ilə əməkdaşlıqlarını davam etdirəcək.

Mətbuat konfransında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da deyib: İran və Rusiya parlamentləri arasında yaxşı əlaqələr mövcuddur və dünya və regionun hazırkı həssas şərayitini nəzərə alaraq bu əlaqələr böyük əhəmiyyət kəsb edir. 

Rusiya Federasiya Şurasının sədri dünən günortadan sonra bir parlament heyətinə başçılıq edərək Tehrana daxil olub. 

Valentina Matviyenko Tehrana iki günlük səfərində İran rəsmiləri ilə müzakirələrdə məqsədinin iki ölkə arasında müxtəlif  sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi, Yaxın Şərqdə xüsusi ilə Suriyaya qarşı terrorizm ilə mübarizə üçün inteqrasiyanın artırılması olduğunu deyib. 

Teqlər