Noy 26, 2016 20:03 Asia/Baku
  • Kontr-admiral Səyyari: İran beynəlxalq sulara 49 gəmi qrupu ezam edib

İran Ordusu Dəniz Qoşunlarının komandanı deyib: İran İslam Respublikası Ordusu Dəniz Qoşunları indiyə qədər beynəlxalq sulara 49 gəmi qrupu ezam edib.

İRİB-in məlumatına görə, İran ordusu Dəniz Qoşunları komandanı kontr-admiral Həbibullah Səyyari şənbə günü 27 noyabr Dəniz Qoşunları Günü ərəfəsində deyib: Bu qüvvələr indiyə qədər beynəlxalq sulara 49 gəmi qrupu ezam edib.

O deyib: İranın Dəniz Qoşunları ilk dəfə olaraq Atlantik okeanı keçərək Cənubi Afrika Respublikasının Durban limanına yan ala və Ədən körfəzi və Hind okeanının şimalında təhlükəsizliyi bərpa edə bilmişdir.

Ordunun Dəniz Qoşunları Komandanlarının iclasında çıxış edən Səyyari bu qüvvələri dənizlərdə İran xalqının iqtidarının təzahürü adlandırıb və deyib: İran ordusu Dəniz Qoşunları indiyə qədər beynəlxalq sularda 3800-dən çox ticarət gəmisi və neft tankerini müşayiət etmiş və bu xətlərin təhlükəsizliyini qorumuşdur.

Teqlər