Noy 30, 2016 09:59 Asia/Baku
  • İmam Rzanın(ə) ziyarətgahında xütbəoxuma mərasimi
    İmam Rzanın(ə) ziyarətgahında xütbəoxuma mərasimi

8-ci imam Həzrət Əli İbn Musər-Rizanın(ə) şəhadəti axşamı o həzrətin nurlu ziyarətgahında xütbəoxuma mərasimi keçirilib.

Uzun keçmişi olan xütbəoxuma mərasimində İmam Rzanın(ə) pak dərgahının xadimləri və məsulları əllərində yanar şam o həzrətin ziyarətgahını halqalayıb, Əhli-Beyt məddahları mərsiyələr oxuyub, əzadarlıqlar edilib və şəhadət gecəsinə məxsus xütbə səsləndirilərək Allah təalanın dərgahına həmd və sitayiş edilib. 

Xütbəoxuma qədim bir ənənədir, 1160-ci ildə Xorasanın o vaxtkı hakimi Əlişahın vəqfnaməsinə əsasən hər il İmam Rzanın(ə) şəhadəti axşamı, eləcə də İmam Hüseynin(ə) aşurası gecəsi keçirilir. 

İmam Rzanın(ə) Ziyarətgahının İdarəsi Təşkilatının rəhbəri də bu mərasimdə çıxış edərək deyib: Xütbəoxuma ənənəsi pak ziyarətgahın qulluqçularının İmam Rzanın(ə) amalları və yoluna sədaqətlərini elan etmələri və müqəddəs ziyarətgaha öz hörmətlərini bildirmələri üçündür. 

Höccətülislam seyid İbrahim Rəisi deyib: Bu mərasimdə iştirak edən xidmətçilər ölkənin müxtəlif yerlərindən buraya toplaşan ən sədaqətli insanlardır. Onlar bir daha müqəddəs dərgaha öz məhəbbətlərini nümayiş etdirmiş oldular. 

Teqlər