Dek 06, 2016 15:44 Asia/Baku
  • İran İslam Respublikası prezidenti Həsən Ruhani
    İran İslam Respublikası prezidenti Həsən Ruhani

İran İslam Respublikası prezidenti bildirib: İran Amerikaya Əhatəli Müştərək Təşəbbüs Poroqramını pozmaq və ya cırmaq icazəsi verməyəcək.

İRİB-in məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı günü Tehran Universitetində Tələbə Günü tədbirində ABŞ-ın yeni hökuməti və nüvə anlaşmasını pozmaq və ya cırmaq üzrə hədələr barədə deyib: Amerika İran xalqının iradəsi, müqavimətində təsiredici ola bilməz.

Ruhani nüvə anlaşmasının icrası istiqamətində Amerikanın pozuntulara yol verdiyini bəyan edərək bildirib: Əgər Amerikanın İrana qarşı 10 illik sanksiyaları ABŞ prezidenti tərəfindən icra olunarsa, İranın reaksiyası qətiyyətli və münasib olacaqdır.

İran İslam Respublikası prezidenti bildirib: Çərşənbə günü Amerikanın İran əleyhinə 10 illik sanksiyalarının icra olunmasına İranın reaksiyası və cavabının formatı haqda qərar veriləcək.

ABŞ Senatı ötən cümə axşamı günü İSA adlanan İran əleyhinə sanksiya qanununun 10 il müddətinə uzadılmasına dair ABŞ Nümayəndələr Palatasının qərarını heç bir əleyhinə səs olmadan 99 səslə təsdiqləyib. Beləliklə ABŞ Konqresi İran əleyhinə sanksiyaların 2026-cı ilə qədər davam etməsinə səs verib.

İran əleyhinə sanksiyalar qanunu ABŞ prezidenti Barak Obamanın imzasını gözləyir.

İran İslam Respublikası prezidenti İranofobiya barədə düşmənlərin məkrli planları haqda da deyib: İran heç bir ölkə üçün təhlükə deyil, əksinə ABŞ və sionist rejim bütün dünya üçün təhlükədir.

Ruhani İranda siyasi müstəqilliyi vurğulayıb və deyib: İran İslam Respublikası inkişaf və inqilab yolunu davam etdirir.

İran prezidenti düşmənlər qarşısında İran xalqının hüququnun müdafiə olunmasını qeyd edərək bildirib: İslam Respublikası birlik və yekdilliklə bütün problemlər, o cümlədən iqtisadi problemləri arxada qoyacaq.

Teqlər