Dek 12, 2016 19:26 Asia/Baku
  • Zərif: İraqın təhlükəsizliyi İranın təhlükəsizliyidir
    Zərif: İraqın təhlükəsizliyi İranın təhlükəsizliyidir

İran İslam Respublikasının xarici işlər naziri deyib ki, İran İraqda sabitlik və təhlükəsizliyin bərqərarı üçün səy göstərir.

ISNA-nın məlumatına görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tehranda İraq Şiələri Milli Koalisiyasının sədri Əmmar Həkimlə görüşdə hökumətin, xalqın, eləcə də bütün iraqlı gövm və qrupların siyasi və hərbi uğurlarını olduqca dəyərli adlandırıb və belə əlavə edib: Şiələrin milli koalisiyasının milli barışıq layihəsinin təqdimi üzrə hərəkətləri olduqca dəyərli və İraqın siyasi gələcəyi üçün son dərəcə mühümdür.

Məhəmməd Cavad Zərif söyləyib: İraqın daxilində bütün qruplar arasında həmkarlıq mövcuddur və bəzi region ölkələri öz problemlərini İraqa köçürməməlidirlər.

Zərif İraqda milli barışıq layihəsinə toxunaraq, deyib: BMT də İraqın milli barışıq layihəsini aqilanə və qənaətbəxş layihə bilir ki, bu məsələ mühüm bir nailiyyətdir.

O, habelə İran-İraq əlaqələrini olduqca yaxşı adlandırıb və vurğulayıb ki, bu əlaqələr regionda bir əlaqələr modelinə çevrilməlidir.

İraq Şiələri Milli Koalisiyasının sədri Əmmar Həkim də bu görüşdə siyasi və döyüş səhnələrində İraqdakı cari şərait barədə hesabat təqdim edərək, İran İslam Respublikasına İraqın xalqı və dövlətinə verdiyi dəstəklərə görə, təşəkkür edib.

Teqlər