Dek 29, 2016 13:50 Asia/Baku
  • 9 dey qəhrəmanlığının ən mühüm mesajı
    9 dey qəhrəmanlığının ən mühüm mesajı

Astan Qüds Rəzəvi Xadimi deyib: Səbir, uzaqgörənlik, mövqeyin və düşmənin tanınması 1388-ci il 9 dey qəhrəmanlığının ən mühüm mesajı olub.

Höccətulislam Seyid İbrahim Rəisi bu gün Tehranın İmam Xomeyni(r.ə.) adına müsəllasında keçirilən 9 dey mərasimində deyib: İranın inqilabçı xalqının 9 deydəki əzəmətli və qəhrəmancasına iştirakı İslam İnqilabı tarixində böyük bir qəhrəmanlıq olubdur.

Höccətulislam Rəisi söyləyib: İran xalqı indiyədək müxtəlif səhnələrdə İslam İnqilabını, islami quruluşu və Vilayəti Fəqihi müdafiə edib və düşmənləri təəccübləndiribdir.

O, dünyanın zalım qüvvələrinin bütün dünyada inqilabçıları və azadlıqsevərləri əsir etmək üzrə cəhdlərinə toxunaraq, deyib: Əgər düşmən Şeyx Nimrləri, Şeyx Zəkzakiləri və ya Şeyx İsa Qasimləri aradan götürə bilərsə, heç bir vəchlə xalqların möminlik və ədalətsevərlik üzrə tövhidi hərəkətlərini əsir edə bilməz.

Astan Qüds Rəzəvi Xadimi sonra belə qeyd edib: Ərəbistanın Yəmən xalqının 20 aylıq müqaviməti qarşısında aciz qalması, eləcə də İraq və Suriya xalqlarının dünyanın zalım qüvvələrinin hücumları qarşısındakı müqaviməti bu xalqların düşmən qarşısındakı gözüaçıqlığı və müqavimətindən mənşə alır.

Teqlər