Dek 29, 2016 15:25 Asia/Baku
  • Bütün İslami İranda 9 dey qəhrəmanlığı mərasimləri keçirilib
    Bütün İslami İranda 9 dey qəhrəmanlığı mərasimləri keçirilib

Ümmətin Vilayət iə əhd-peymanı və uzaqgörənliyi günü olan 9 dey xalq qəhrəmanlığının qeyd olunması mərasimi xalqın müxtəlif təbəqələrinin iştirakı ilə bütün İslami İranda keçirilib.

Bu gün, dekabrın 29-u və deyin 9-u, İslami İranın qəhrəmanlıq yaradan və Vilayət mehvərli xalqının 1388-ci günəş ili dey ayının 9-da, 2009-cu il dekabrın 30-da keçirilən yürüşdəki aşurayi iştirakının ildönümü gününə təsadüf edir.

İran xalqı 1388-ci günəş ili deyin doqquzunda milyonluq aksiyada iştirak edib, cəmiyyətdə quruluş pozanları rədd edərək, İranda onuncu prezident seçkilərində saxtakarlığın edilməsi bəhanəsilə qeyri-düzgün yol seçmiş fitnəkar ünsürlərə qətiyyətli cavab verdi.

İranın Tehran, İsfahan, Məşhəd, Qum, Həmədan, Ərak, Kerman və digər şəhərlərinin əhalisi cümə axşamı günü məsul şəxslərlə yanaşı geniş yürüşlərdə iştirak edərək, ilahi 9 dey gününün yeddinci ildönümünü əziz tutub və bu günü İran xalqının vilayət mehvərli olması və nüfuzqəbuledilməzlik simvolu adlandırıb və İranda Vilayəti Fəqihin sayəsində vəhdət, birlik və müqavimətə təkid edibdir.

Teqlər