Dek 29, 2016 20:21 Asia/Baku
  • 9 Dey; İran xalqının bəsirət və vilayət ilə əhd-peymanın təzələnməsi günü
    9 Dey; İran xalqının bəsirət və vilayət ilə əhd-peymanın təzələnməsi günü

Bu gün 9 Dey (29 dekabr) İranda xalqın bəsirət və vilayət ilə əhd-peymanını təzələdiyi gün olaraq ölkə səviyyəsində əzəmətli formada qeyd olunub.

 

İslam Təbliğatı Koordinasiya Şurası “9 Dey” qəhrəmanlığının ildönümü ərəfəsində bir bəyanat yayıb. Bəyanatda deyilir: “ 9 Dey qəhrəmanlığı İran xalqının Amerikan – İngilis – Sionist düşmənin fitnəsi qarşısında bəsirət, vilayətsevərlik və nüfuz edilməzlik nişanəsi olaraq, bəsirət və ümmətin vilayətə sədaqət günü sayılır. 

 

İRİB-nin müxbiri:

1388-ci hicri şəmsi ili xordad ayında keçirilən 10-cu prezident seçkiləri xalqın seçkilərdə 85%-lik iştirakı ilə yeni bir rekorda imza atmış oldu. Amma, bu zəfərin şirinliyini xalqa çox gördülər və düşmən yeni bir fitnə hazırlamışdı.

 

Qərb mediaları:

Seçkilərin sağlamlığı ilə bağlı mübahisələr yenə qızışıb.

 

Qərb mediaları:

İslam Respublikasını iflic etmək lazımdır

 

Qərb mediaları:

Bütün ərəb telekanalları İran seçkilərindən danışır

 

İRİB-nin müxbiri:

Düşmənin nağılı 22 xordadda, səsvermənin başa çatmasından öncə başladı.

 

Musəvi - İran prezident seçkilərinin namizədi:

Özümüzü seçkilərin qəti qalibi hesab edirik.

 

İRİB-nin müxbiri:

Bunun ardınca düşmənin meydan sulayanları küçələrə axışmağa başladılar. Hər gün yeni bəhanə ilə.

Qüds günü yürüşündə İmama hörmətsizlikdən tutmuş, İnqilabın qələbəsinin ildönümündə pozuculuq törətməyə və sonda quruluşu hədəfə almağa kimi.

Düşmən öncədən təyin edilmiş ssenari əsasında mərhələli şəkildə irəliləyirdi.

 

Sıravi vətəndaş:

Allahın evi olan məscidə rəhm etməyənlər bu xalqa necə rəhm edəcəklər?

 

Sıravi vətəndaş:

Hamımızı iflic ediblər

 

İRİB-nin müxbiri:

İnqilabçı xalqın səbrindən sui-istifadə edən fitnə amillərinin daha da irəliyə getmələri düşmənin sevincinə səbəb olmuşdu. Onlar artıq fitnəni gizlətməkdən belə çəkinmirdilər.

 

Şimon Peres - İsrailin o zamankı prezidenti:

İcazə verin İran gəncləri azadlıq ilə bağlı səslərini yüksəltsinlər.

 

Hillari Klinton - ABŞ-ın o zamankı dövlət katibi:

Pərdə arxasında bir çox işlər görmüşük. Biz ABŞ Dövlət Departamentində Tvitterin fəaliyyətini davam etdirməsinə şərait yaratdıq. Baxmayaraq, ki, onu işdən salmaq üçün müəyyən proqramlar var idi. Biz etirazların davam etməsi üçün bir çox məxfi işlər həyata keçirmişik.

 

Barak Obama - ABŞ prezidenti:

Musəvi küçələrdəki müxaliflərin ruhunu ələ keçirməyi bacardığını göstərdi.

 

İRİB-nin müxbiri:

Qalmaqal yatmamışdı ki, əzadarlıq mövsümü gəlib çatdı.

 

Qərb mediası:

Vaşinqton Tayms proqnoz edib ki, bu gün İran Aşura ilə bir vaxtda böyük bir tufan ilə üzləşəcək.

 

Qərb mediası:

Sabah İranda quruluşun dəyişdirilməsi üzrə daha aydın və qətiyyətli şüarlar veriləcək.

 

İRİB-nin müxbiri:

1388-ci il Dey ayının 6-da İran matəm içində olarkən, bir qrup bu dəfə şəhidlər ağasına hörmətsizlik etdilər. 

Bu hörmətsizlikdən qəzəblənən əzadar xalq elə həmin gün Hafiz körpüsünün yaxınlığında İnqilab xiyabanına axışaraq, Aşuraya hörmətsizlik edənləri dağılışmağa məcbur edirlər. Artıq düşmənin fitnə nağılı sona yaxınlaşırdı.

Bu hadisədən 3 gün sonra yəni, deyin 9-da xalq bəsirət dolu bir hərəkətdə meydana daxil oldu.

 

Sıravi vətəndaş:

İndiyə kimi Aşurada belə hadisə olmayıb

 

Sıravi vətəndaş:

Bütün tərəfləri kənara atıblar

 

Sıravi vətəndaş:

Bunun seçkilərlə heç bir əlaqəsi yoxdur. Dinimizə, İmam Hüseynə hörmətsizlik edilib.

 

Sıravi vətəndaş:

Dinin özünü hədəfə alıblar

 

Sıravi vətəndaş:

Bizim istəyimiz İslam Respublikasıdır, başqa şey yox.

 

Sıravi vətəndaş:

Səbr etdik ki, bəlkə ağıllandılar

 

Sıravi vətəndaş:

Rəhbər, xalq nə qədər nəsihət etdi, anlamadılar

 

İRİB-nin müxbiri:

Müxtəlif təbəqədən və müxtəlif siyasi baxışa malik olan insanlar bu fərqli gündə öz qəzəbini dünyaya nümayiş etdirdi. Tarixin o həssas anı xalqın bəsirəti ilə əbədiləşmiş oldu.

 

İslam İnqilabının Böyük Rəhbəri:

İnsan baş verənlər barədə nə qədər fikirləşirsə, Allahın əlini, qüdrətin əlini, vilayətin ruhunu, Hüseyn ibn Əli (ə)-ın ruhunu görür.  Bu işlər bizim kimilərinin iradəsi ilə baş tutacaq işlər deyil.  Bu Allahın işidir.

 

İRİB-nin müxbiri:

9 Dey, İslam İnqilabı tarixində unudulmaz bir günə çevrildi və haqq olaraq bəsirət günü adını aldı.

 

Teqlər