Yan 04, 2017 17:44 Asia/Baku
  • Əsəd: Suriyanın qələbələri İranın dəstəyi ilə əldə olunub
    Əsəd: Suriyanın qələbələri İranın dəstəyi ilə əldə olunub

Suriya prezidenti İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri ilə görüşdə deyib: Suriyadakı son qələbələr İranın dəstəkləri ilə gerçəkləşib.

İRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi çərşənbə günü Suriya prezidenti Bəşşar Əsədlə görüşərək danışıqlar aparıb.

Əlaəddin Brucerdi bildirib ki, bu görüşdə Suriyanın son qələbələri, xüsusilə də Hələbin azadlığı münasibəti ilə Suriya prezidentini təbrik etdim.

Əlaəddin Brucerdi parlament heyətinin müşayiəti ilə çərşənbə axşamı günü Suriya paytaxtı Dəməşqə səfər edib.

İranın parlament heyəti Suriya rəsmiləri, o cümlədən parlament sədri, baş nazir və xarici işlər naziri ilə görüşərək danışıqlar aparmalıdır.

İran və Rusiya davamlı məsləhətləşmələrlə Suriyada döyüş meydanları prosesləri və bu ölkə böhranının həlli üçün siyasi səhnədə önəmli rola malikdirlər.

İran və Rusiyanın davamlı məsləhətləşmələri ilə Suriya prosesləri yeni istiqamətdə qərarlaşıb və son vaxtlar Suriya ordusu ilə İŞİD və Fəthüş-Şam terror qruplaşmaları istisna olmaqla suriyalı silahlı müxaliflər arasında atəşkəs icra olunub.

Teqlər