Yan 09, 2017 12:07 Asia/Baku
  • Həzrət Məsumənin(s.ə) vəfat günü
    Həzrət Məsumənin(s.ə) vəfat günü

Bu gün 9 yanvar 2017-ci il (1438-ci hicri qəməri ili, rəbiül-əvvəl ayının 10-u" xanım Fatimə Məsumənin(s.ə) vəfatının ildönümü günüdür.

Müqəddəs Qum şəhəri şiələrin 7-ci imamı İmam Musa Kazımın(ə) əziz qızı xanım Həzrət Fatimə Məsumənin(s.ə) vəfatının ildönümü günündə qəm və kədərə bürünüb. 

Şəhər əhalisi xanım Fatimə Məsumənin(s.ə) vəfatının ildönümü münasibəti ilə qara bayraqlar asaraq, əzadarlıq edir və ismət və paklıq xanədanı olan Əhl-Beytə(ə) eşq və sədaqətlərini nümayiş etdirirlər. 

Beynəlxalq Səhər Kanalı olaraq xanım Fatimə Məsumənin(s.ə) vəfatının ildönümü günü münasibəti ilə dünya şiələrinə başsağlığı veririk. 

Teqlər