Yan 13, 2017 14:26 Asia/Baku
  • İran prezidenti İmam Xomeyninin(r.ə) məqbərəsini ziyarət edib
    İran prezidenti İmam Xomeyninin(r.ə) məqbərəsini ziyarət edib

İran İslam Respublikası prezidenti İmam Xomeyninin(r.ə) məqbərəsini ziyarət edərək İran İslam Respublikasının banisi və Ayətullah Haşimi Rəfsəncaninin şəxsiyyətini anıb.

İİR prezidenti Həsən Ruhani bu gün səhərçağı İmam Xomeyninin(r.ə) məqbərəsini ziyarət edərək fatihə oxuyub və Ayətullah Haşimi Rəfsəncaninin xatirəsini də anıb, onun ruhuna Allah taalanın dərgahından rəhmət, məğfərət və  yüksək dərəcələr diləyib.

Bu mərasimdə Ruhanini İmam Xomeyninin(r.ə) məqbərəsinin məsulu Seyid Həsən Xomeyni və Ayətullah Haşimi Rəfsəncaninin ailə üzvləri də müşayiət ediblər. 

İİR-in keçmiş prezidenti və Məsləhət Şurasının keçmiş sədri və İslam İnqilabı hərəkatının öncüllərdindən olan mərhum Ayətullah Haşimi Rəfsəncani ürək infarktı keçirərək bazar günü axşam dünyasını dəyişdi.

Ayətullah Haşimi Rəfsəncani İslam İnqilabının qələbəsindən sonra, prezident, Xobreqan Məclisinin sədri, İslami Şura Məclisinini sədri, Silahlı Qüvvələrin Baş Komandanı əvəzi, Ali Müdafiə Şurasının sədri və Məsləhət Şurasının sədri vəzifələrində fəaliyyət göstərmişdir.  

 

Teqlər