Yan 16, 2017 18:58 Asia/Baku
  • 7-ci Beynəlxalq MIDEX 2017 sərgisi
    7-ci Beynəlxalq MIDEX 2017 sərgisi

7-ci Beynəlxalq MIDEX 2017 sərgisi Tehranın Beynəlxalq Sərgilər məkanında keçirilib.

Sənaye və texnologiyanın sürətli inkişafı və irəliləyişi cəmiyyətlər və insanların avadanlıqlara aludə olması və həyat vasitələrinin sənayeləşməsinə səbəb olmuşdur. Bu arada ən çox xəsarətə məruz qalan cəmiyyətlərin mədəniyyəti və sivilizasiyasıdır. İran bir neçə minillik sivilizasiyası və dünyadda dillər əzbəri olan incəsənət və sənətkar vətəndaşları olan ölkədir.

Ulu babaların adət-ənənələrinə arxalanmaq və bu diyarın sivilizasiyasını qorumaq İranı sənayedə inkişafdan uzaqlaşdırmamışdır. İranlı mütəxəssislərin memarlıq və daxili dekorasiya sahəsində deməyə sözləri vardır və hətta öz əsərlərini çoxlu ölkəyə ixrac edirlər.

Sərgidəki pavilyonlardan birinin məsulu deyib: Biz kavralit istehsalı sahəsində fəaliyyət göstəririk. Qonşu ölkələrə ixracatımız çoxdur. Hətta Avropa ölkələrinə və 20 ölkəyə ixrac edirik.

İranlı dizaynerlər memarlıq sahəsində yaradıcılıqdan əlavə memarlığın cazibələri sahəsində də ilkləri qeydə almışlar.

Sərgi iştirakçılarından biri deyib: Bizim istifadə etdiyimiz texnologiya informasiyaların su vasitəsi ilə ötürülməsidir. Suyun cazibəliyi şəhər və sənaye səviyyəsində insanın əhval-ruhiyyəli olmasına səbəb olur və suyun səsindən musiqi ilə birlikdə həzz alır.

Sənayenin inkişafı ilə İran incəsənəti öz əsils və ali mövqeyini itirməmişdir.

İranda yerli memarlığın əl işləri sənayesi ilə sıx əlaqəsi vardır və vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır.

Pavilyon sahibi deyib: Biz əslində, mənzillərin dekorasiyasında istifadə olunan əl işləri sənayesini əks etdirməyə çalışırıq. İnsanlar bu düzəni o qədər yaxşı qarşılayır ki, İranın belə əl işləri sənayesi və belə keçmişi olduğuna və hələ də unutmadığına fəxr etmək olar.

Bütün bu memarlıqların kənarında mənzillərin təhlükəsizliyini uzaqdan idarə etməyi düşünən ixtiraçılar vardır.

İxtiraçı deyib: Biz smart ev adlı məhsulu dizayn etmiş və bazara çıxarmışıq. Evin bütün əşyalarını sadəcə internet vasitəsi ilə, hətta dünyanın o başından idarə edə bilər. Bu avadanlıqla işıqları yandırmaq və ya söndürmək olar, istilətmək və ya soyutmaq olar. Qapını açmaq və bağlamaq olar. Hətta gülləri suvarmaq olar.

Teqlər