Yan 17, 2017 20:00 Asia/Baku
  • Prezident: Nüvə anlaşması etikada İran xalqının qələbəsidir
    Prezident: Nüvə anlaşması etikada İran xalqının qələbəsidir

İran İslam Respublikası prezidenti Həsən Ruhani Nüvə anlaşmasının icra prosesində Amerikanın əngəllər yaratması və təxribatçılığına toxunaraq deyib: İran xalqı və dövləti Amerikanın əhdinə xilaf çıxması qarşısında var-gücü ilə dayanmışdır və İranın milli mənafeyindən geri çəkilməyəcək.

İran İslam Respublikası prezidenti Həsən Ruhani Əhatəli Müştərək Təşəbbüs Proqramının bir illiyi ilə əlaqədar Tehranda keçirdiyi mətbuat konfransında müxtəlif sahələrdə jurnalistlərin suallarını cavablandırıb.

O ilk öncə İranın iqtisadi uğurları ilə bağlı məlumat verib.

Prezident Ruhani xatırladıb: Çox sevinirəm ki, ilin əvvəlindən xalqa vəd vermişdim ki, bu ildən səyimiz 5%-lik inkişafı əldə etməkdir. Hazırda 5%-dən çox inkişafın şahidiyik.

Cənab Ruhani əlavə edib: Hal-hazırda regionumuzda analoqunu görmədiyimiz, dünya səviyyəsində də dünyanın adətən bir növ iqtisadi durğunluqla üzləşdiyi şəraiti nəzərə alaraq çoxlu nümunəsi olmayan 7,4%-lik inkişafımız olmuşdur.

Cənab Ruhani mətbuat kofnrasında Astana müzakirələri haqda deyib: İran İslam Respublikası, Rusiya Federasiyası və Türkiyə Cümhuriyyətinin səyi ilə atəşkəs əldə olunub və bu, üç qüdrətin Hələbdə, bütün Suriyada döyüşən qruplarla atəşkəsi əldə etməyə qadir olduğunu göstərir. Bunun mənası budur ki, bu üç ölkə nüfuz sahibidir və bu işi həyata keçirmək iqtidarındadır.

Prezident Ruhani nüvə anlaşmasının uğurları, Amerika tərəfindən Əhatəli Müştərək Təşəbbüs Proqramının pozulmasına toxunaraq deyib: İran İslam Respublikası Əhatəli Müştərək Təşəbbüs Proqramının icra prosesində Amerikanın öhdəlikləri yerinə yetirməməsinin qarşısında durur.

Həsən Ruhani əlavə edib: Heç kim şübhə etməsin ki, nüvə anlaşması etikada İran xalqının qələbəsidir. Biz nüvə anlaşmasında dünyaya sübut etdik ki, İran xalqı və quruluşu doğru danışır və bu quruluşa qarşı yaraşmaz sözlər danışanlar bu gün dünya tarixində və əxlaq qarşısında başlarını aşağı dikməlidirlər. Biz siyasi baxımdan qalib gəldik və uğurlu addım atdıq. Çünki dünyaya dedik ki, İran dünyada təhlükəsizlik şəklində davranılacaq quruluş deyil.