Yan 18, 2017 15:12 Asia/Baku
  • Ruhani: Hələbin azad edilməsi və atəşkəsin bərqərarı Suriyada sülh və sabitliyin müqəddiməsidir

İran prezidenti Hələbin azad edilməsi və atəşkəsin bərqərarını Suriyada sülh və sabitliyin bərqərarı istiqamətində atılan iki mühüm addım adlandırıb.

İran prezidenti Həsən Ruhani bu gün Tehranda Suriyanın baş naziri İmad Muhəmməd Xəmis ilə görüşdə Suriya xalqının terrorçularla döyüşlərdəki son qələbələrini təbrik edərək,  bildirib: Hələbin azad edilməsi göstərdi ki, Suriya xalqı öz ölkəsini terrorçular qarşısında yaxşı müdafiə edir və terror qrupları və onların himayədarları əsla öz hədəflərinə çatmayacaqlar.

Ruhani deyib: Suriyanın bütün dostlarının hədəfi, sülh və sabitliyin bu ölkəyə qayıtması və Suriya xalqının öz ölkəsinin gələcəyi üçün qərar çıxarmasıdır.

Ruhani ümidvarlıq edib ki, Qazaxıstanın paytaxtında keçiriləcək qarşıdakı iclas da real suriyalı-suriyalı müzakirələr və Suriya xalqının qənaətbəxş bir nöqtəyə çatması üçün bir başlanğıc olacaq.

İran prezidenti habelə Tehran-Dəməşq münasibətlərini dərin və təsiredici adlandırıb və qarşılıqlı həmkarlıqların bütün sahələrdə genişləndirilməsi və gücləndirilməsi üçün mövcud fürsət və imkanlardan istifadənin vacibliyini vurğulayıb.

Suriyanın baş naziri də Hələb qələbəsini bu ölkənin xalqı və ordusunun müqaviməti, eləcə də İranın Suriyaya verdiyi dəstəklərin nəticəsi adlandırıb və deyib ki, Suriyanın dövləti və xalqının iradəsi terrorçular qarşısında müqavimətə və təhlükəsizliyin bu ölkəyə qaytarılımasına köklənibdir.

Teqlər