Yan 20, 2017 00:28 Asia/Baku
  • Həzrət Ayətullahülüzma Xamenei
    Həzrət Ayətullahülüzma Xamenei

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei Tehranın mərkəzində Plasko binasında yanğın baş verməsi və uçması ilə bağlı dəhşətli hadisənin ardınca müraciət veriblər.

Həzrət Ayətullahülüzma Xameneinin əsərlərinin qorunması və yayılması ofisinin verdiyi məlumata görə, İslam İnqilabının Böyük Rəhbərinin müraciətində bildirilir:

Bismillahir-rəhmanir-rəhim 

"Şəhərin mərkəzində binada yanğının baş verməsi və uçması acı hadisəsi məni dərindən kədərləndirdi, təəssüfləndirdi və nigaran etdi. Vətəndaşların xilası əməliyyatında təhlükəli hadisə və sədaqətli fədakarlığı zamanı çətin imtahanla üzləşən yanğınsöndürmə əməkdaşlarının fədakarlığı və şücaəti ürəyi alqışla, eləcə də nigaranlıq və kədərlə doldurur. Hal-hazırda bütün səylər uçqunlar altında qalanların xilasına yönəldilməlidir. Hadisənin başvermə səbəblərinin araşdırılması sonrakı məsələdir. Bütün rəsmilərdən istəyirəm ki, bu neçə saatda çalışdıqları kimi öz güclü fəaliyyətlərini davam etdirsinlər və təcili vəzifəni hər bir söz-söhbətdən üstün tutsunlar. Allah kömək etsin, inşallah". 

Seyid Əli Xamenei

19.01.2017

Teqlər