Yan 20, 2017 11:14 Asia/Baku
  • Beynəlxalq səviyyəli şəxsiyyətlər Plasko hadisəsilə bağlı öz kədərlərini ifadə ediblər

Beynəlxalq səviyyəli rəsmilər və şəxsiyyətlər ayrı-ayrılıqda müraciətlər göndərərək, Tehrandakı Plasko binasının uçması hadisəsilə bağlı öz kədərlərini ifadə ediblər.

IRNA-nın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan İran prezidenti Həsən Ruhaniyə müraciət göndərərək, Tehrandakı Plasko binasının uçması hadisəsində bir qrup İran vətədaşının həlak olması münasibətilə başsağlığı verib.

Türkiyənin baş naziri Binalı Yıldırım və xarici işlər naziri Mövlud Çavuşoğlu da İranın birinci vitse-prezidenti- İshaq Cahangiriyə və xarici işlər naziri Məhəmməd Cavad Zərifə müraciət göndərərək, Tehrandakı Plasko binasının yanması və uçması hadisəsində bir qrup İran vətədaşının həlak olması münasibətilə başsağlığı veriblər.

İngiltərə xarici işlər nazirinin Yaxın Şərq və Afrika məsələləri üzrə müavini Tobias Ellvood(Tobias Ellwood) və bu ölkənin Tehrandakı səfiri Nikolas Hapton da Tehrandakı Plasko binasının yanması və uçması hadisəsində zərərçəkənlərin kədərilə bölüşüblər.

Fransanın Tehrandakı səfirliyi də dünən bir müraciətdə İran xalqı və Plasko hadisəsində həlak olanların ailələrinin qəminə şərik olubdur.

Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov müraciət yayaraq, Tehrandakı Plasko binasının yanması və çökməsi hadisəsində bir qrup yanğınsöndürənin həlak olması münasibətilə İran xalqına və həlak olanların ailələrinə başsağlığı verib.

Amerikanın Kaliforniya ştatının Ridinq("Reading") şəhərinin yanğınsöndürmə idarəsinin rəisi Cerri Qray da Tehrandakı Plasko binasının yanması və uçması hadisəsini kədərli hadisə adlandırıb.

Cümə axşamı günü səhər Tehranın Comhuriyye Eslami prospektində yerləşən Plasko binasının yanması və uçması hadisəsi bir qrup vətəndaşın və yanğınsöndürmə işçisinin həlak olması və bədən xəsarəti almasına bais oldu.