Yan 20, 2017 14:32 Asia/Baku
  • Dağılmış Plasko binasında yardım və uçqunların götürülməsi əməliyyatı davam edir
    Dağılmış Plasko binasında yardım və uçqunların götürülməsi əməliyyatı davam edir

Tehranda yerləşən Plasko ticarət binasında yanğın və çökmədən bir günün keçməsinə rəğmən, bu məkanda yardım, xilasetmə və uçqunların götürülməsi əməliyyatı davam edir.

Höccətulislam vəlmuslimin Seyid Rza Təqəvi bu gün İslam İnqilabının Böyük Rəhbəri tərəfindən Plasko hadisəsində bədən xəsarəti almış yanğınsöndürənlərin yatırıldıqları iki xəstəxanada olaraq, onlara baş çəkib və Həzrət Ayətullahuluzma Xameneinin fədakar və öz işinə sədaqətli qüvvələrin sağlamlığı və yaxşılaşmaları üzrə salam və dualarını onlara çatdırıbdır.

İranın daxili işlər naziri Əbdürreza Rəhmani Fəzli də bu gün hadisə yerində olaraq, deyib: Uçqunların götürülməsi əməliyyatı yaxşı irəliləyişə malik olub və bütün əməliyyat qüvvələri, o sıradan yanğınsöndürənlər, bələdiyyə, nəqliyyat, hüquq-mühafizə qüvvələri, Qırmızı Aypara Cəmiyyəti, Səhiyyə Nazirliyi və digər yardım orqanları hadisə yerindədirlər və fəaliyyətlər davam edir.

O, sonra deyib: Dağılmış Plasko binasının alt mərtəbələrinə çıxmaq üçün iki yol yaradılıbdır ki, uçqunlar altda qalmış kəslər olarsa, onları sürətlə çıxarmaq mümkün olmuş olsun.

Məlumatlara əsasən, yanğınsöndürənlərin və yardım qüvvələrinin əməliyyatı diri insanları tapan itlər və elektron aparatlarla uçqunlar altda qalmış şəxsləri tapmaq istiqamətində davam etməkdədir.

Cümə axşamı günü səhər Tehranın Comhuriyye Eslami prospektində yerləşən Plasko binasının yanması və uçması hadisəsi bir qrup vətəndaşın və yanğınsöndürmə işçisinin həlak olması və bədən xəsarəti almasına bais oldu.