Yan 20, 2017 19:02 Asia/Baku
  • Plasko hadisəsinə görə, İranda ümümi matəm elan olunub
    Plasko hadisəsinə görə, İranda ümümi matəm elan olunub

Tehranda Plasko binasınn uçması və bir qrup yanğınsöndürənin həlak olmasının ardınca İranın nazirlər kabineti bir məlumat yayaraq, sabahı ümümi matəm elan edib.

İranın nazirlər kabinetinin məlumatında deyilir: Bir qrup vəzifəsinə sadiq və şücaətli yanğınsöndürənin və vətəndaşın həlak olması və zərər çəkməsi ilə nəticələnmiş Tehranın mərkəzində yerləşən Plasko binasının yanması və uçması kimi acı və kədərli hadisəsi böyük təəssüf və kədərə səbəb oldu.

Bu məlumatda sonra deyilir: Bu kədərli və təəssüfləndirici hadisənin ardınca şücaətli yanğınsöndürənlərin fədakarlığı üzrə əzəmətli bir təcəssüm İran xalqının və dünya xalqlarının gözləri önündə nümayiş etdirildi.

İran İslam Respublikasının nazirlər kabineti bu məlumatda yanğınsöndürənlərin xidmət və fədakarlıqlarını yüksək qiymətləndirərək, hadisədə yaralananlar üçün sağlamlıq, həlak olanlar üçün də başsağlığı ifadə edibdir.