Yan 20, 2017 19:48 Asia/Baku
  • Ərdəbilin imamcüməsi 20 yanvar faciəsilə bağlı başsağlığı verib
    Ərdəbilin imamcüməsi 20 yanvar faciəsilə bağlı başsağlığı verib

Ərdəbilin imamcüməsi buhəftəki cümə namazı xütbələrində sabiq SSRİ-nin öz süqutu ərəfəsində Bakıda qanı su yerinə axıtdığı və yüzlərlə nəfəri şəhid etdiyi 20 yanvar faciəsi münasibətilə başsağlığı verib.

Höccətulislam Seyid Həsən Amili 1990-cı il 20 yanvar qırğınında Amerikanın əlinin olduğunu bəyan edən bir sənədə işarə edərək, deyib:  Bir qrup amerikalı senator, o sıradan Con Kerri tərəfindən imzalanmış bu sənəd 1990-cı il yanvarın 18-də Mixail Qorbaçova göndərilib və onu azəriləri yatırmaq və qətlə yetirməyə təşviq edibdir.

Ərdəbilin Rəhbərlik Xübreqanı Məclisindəki nümayəndəsi əlavə edib: Amerikanın azərilərlə bu düşmənçiliyi hələ də davam edir. Amerika senatı 2017-ci ildəki qərarına əsasən, Ermənistana 25 milyon dollarlıq kömək edəcəkdir ki, bu da ötənilki köməkdən 3 milyon dollar çoxdur. 

O, sonra deyib: 20 yanvar Bakı qırğınından sonra sovet ordusu həmin il yanvarın 24-də Lənkərana qoşun yeritdi və həmin vaxt Lənkəran əhalisindən bir çoxu İran sərhədlərinə doğru hərəkət etdi və İslami İran sərhədləri açaraq, onları rəğbətlə qarşıladı.