Yan 20, 2017 20:20 Asia/Baku
  • İranda İES və sənaye şəhərciyi
    İranda İES və sənaye şəhərciyi

İranın Hormozqan vilayətinin valisi deyib ki, tezliklə Rusiya və Çinin iştirakı ilə İranda istilik elektrik stansiyası və sənaye şəhərciyinin inşası əməliyyatına başlanılacaqdır.

IRNA-nın məlumatına görə, İranın Hormozqan vilayətinin valisi Casem Caderi sonra belə deyib: 1400 meqavatlıq Sirik istilik elektrik stansiyasının inşası Rusiyanın iştirakı ilə yanvarın 29-da, İran-Çin sənaye şəhərciyinin Cask şəhərində salınması isə yaxın gələcəkdə başlanacaqdır.

Casem Caderi söyləyib: Hormozqan vilayətinin Sirik məntəqəsində istilik elektrik stansiyasının inşası əməliyyatı Rusiyanın baş nazir müavini və energetika naziri, eləcə də İranın 1-ci vitse-prezidentinin iştirakı ilə başlanacaq.

Hormozqan valisi deyib: İran-Çin sənaye şəhərciyinin Hormozqan vilayətinin Cask şəhərində salınması öz növündə misilsiz olaraq, iki min hektarlıq bir ərazidə həyata keçiriləcək.

Teqlər