Yan 20, 2017 20:20 Asia/Baku
  • Yanğınsöndürənlər həmişə fədakarlığın ön cəbhəsindədirlər

Yanğınsöndürənlər həmişə fədakarlığın ön cəbhəsindədirlər. Yanğınsöndürmə Təşkilatının əməliyyat üzrə sədr müavini Tehranın Plasko pasajının şərq hissəsinin uçqunlarının götürülməsinin davam etməsindən xəbər verib.

Cümə. Bu gündə həmişə İran xalqının əksər hissəsi tətildə olur və ailənin kənarında zamanı xoş keçirir. Amma bəhmən ayının ilk cüməsi İranın xalqı və məsul şəxsləri üçün xoşgüzəranlıq hökmü deyil, tətil hökmünə malik idi. Nəfəslər sinələrdə dayanıb və gözlər Plasko binasının xarabalıqlarına dikilib. İstər yaxından hadisə məkanında olan, istərsə də medialar vasitəsilə xəbərləri izləyən kəslər. 

Amma hələ bu binanın uçqunları arasında qalan şəxslərdən bir xəbər yoxdur.

Və bu gecə ikinci gecədir ki, eşq və şücaət növündən olan insanlar evlərinin qapılarından daxil olmurlar və bəlkə də həmişəlik olaraq göylərə qovuşmuş olsunlar.

Plasko ticarət binasının yanması və uçması kimi kədərli və şokedici hadisədən bir gün ötür və yardım və uçqunların götürülməsi əməliyyatı maksimum qüdrətlə davam etməkdədir.

Yanğınsöndürmə Təşkilatının sözçüsü bu kədərli hadisə ilə bağlı əldə olunmuş son rəqəmlər barədə danışır: 

Ordunun baş komandan əvəzi general Purdəstan da uçqunların götürülməsi əməliyyatı məkanında olaraq, İran xalqına və zərərçəkənlərin ailələrinə başsağlığı verərək, deyib: Elə əvvəldən ordu öz xəstəxanalarında xəsarət alanları qəbul etməyə, eləcə də təchizat və yardım qüvvələri göndərməyə hazır olduğunu elan etdi. Amma yardım qüvvələrinin böyük izdihamının problemlər yarada bilməsi ehtimalına görə, qərara alındı ki, ordu bir himayəçi kimi hazır olsun.

Purdəstan həmçinin deyib: Ordunun on iki xəstəxanası zədələnləri qəbul etməyə hazırdır.

Yanğınsöndürən: Gözlərimin önündə dostlarımın gedib qayıtmadıqlarına görə, dilim tutulur, amma hətta bir güşədə oturub kədərə bata bilmirəm. İnsani və iş borcu tələb edir ki, xidmət etməkdə davam edəm. Amma deyə bilərəm ki, yanğınsöndürmə, yəni eşq, vəssəlam.