Yan 21, 2017 10:29 Asia/Baku
  • İran səfirlikləri və konsulluqlarında bayraqlar yarıya endirilib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib: İranın xaricdəki səfirlik və konsulluqlarında bayraqlar şənbə günü Plasko acı hadisəsi ilə əlaqədar İranda matəmin elan olunması ilə yanaşı yarıya endiriləcək.

Bəhram Qasimi İran Xarici İşlər Nazirliyi və səfirliklərinin Tehranın mərkəzində yanğın hadisəsi ilə əlaqədar matəm günündəki addımları haqda bildirib: Nazirlər Kabinetinin şənbə günü matəm elan etəsi ilə İranın bütün səfirlik və konsulluqlarına göstəriş verilib ki, İran bayrağı yarıya endirilsin və bir çox ölkə rəsmisi və vətəndaşının İranın dərdinə şərik çıxmasını nəzərə alaraq bu hadisə qurbanları ilə əlaqədar xatirə dəftəri də açılsın. 

Bundan öncə bəzi ölkələrin rəsmiləri İran rəsmiləri, o cümlədən xarici işlər nazirlərinə ünvanladıqları müraciətlərdə İran xalqı və dövlətinə başsağlığı veriblər. 

Tehranda Plasko ticarət binasının uçması və bir qrup yanğınsöndürmə əməkdaşının həlak olması ardınca, İranın Nazirlər Kabineti qərar verərək şənbə gününü matəm elan edib. 

19 yanvar cümə axşamı günü səhər səkkiz radələrində Tehranda Plasko ticarət binasında yanğın baş verib. Təxminən üç saat sonra 15 mərtəbəli bina tamamilə uçub. 

Tehranın Yanğınsöndürmə və Şəhər Təhlükəsizliyi Xidmətləri Təşkilatının sözçüsü Cəlal Məliki deyib: Hadisədə həlak olanlardan iki yanğınsöndürmə əməkdaşının cəsədi uçqunlar altından çıxarılıb. 

Bəzi xəbər dairələri bildiriblər ki, binanın uçqunları altından ümumilikdə dörd nəfər çıxarılıb.