Yan 21, 2017 11:10 Asia/Baku
  • Plasko ticarət binasındakı hadisə
    Plasko ticarət binasındakı hadisə

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Tehranda Plasko ticarət binasındakı kədərli hadisə ilə bağlı bir müraciətdə İran xalqı və dövlətinə başsağlığı verib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bir müraciətdə İran xalqı və Plasko hadisəsi qurbanlarının ailələrinin dərdinə şərik çıxıb. 

Ötən gün də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikası prezidenti Həsən Ruhaniyə müraciət ünvanlayaraq Plasko binasının uçması nəticəsində bir qrup vətəndaşın həlak olması ilə bağlı başsağlığı verib. 

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili də bir müraciət verərək Tehranda Plakso binasında yanğın hadisəsi ilə əlaqədar kədərləndiyini bildirərək İran xalqı, dövləti və hadisə qurbanlarının ailələrinə başsağlığı verib. 

Cümə axşamı günü səhər Tehranın Cümhuriye İslami prospektində Plasko ticarət binasında yanğının baş verməsi və ardınca binanın uçması nəticəsində bir qrup vətəndaş və yanğınsöndürmə əməkdaşı həlak olub və yaralanıb. 

Teqlər