Yan 21, 2017 14:22 Asia/Baku
  • Plasko hadisəsi
    Plasko hadisəsi

Tehranda Plasko ticarət binasının uçmasından 52 saat sonra uçqunların götürülməsi əməliyyatı davam edir.

Plasko ticarət binasında yanğının baş verməsindən 52 saat keçir. Sanki Plaskoda od sönmək istəmir.

Tehranın Yanğınsöndürmə və Şəhər Təhlükəsizliyi Xidmətləri Təşkilatının sözçüsü Cəlal Məliki deyib: Uçqunların götürülməsi davam edir və biz bütün qüvvələri və imkanları səfərbər etmişik ki, uçqunlar altında olanları xilas edək.

Uçqunların götürülməsi üçün avadanlıqlar çalışmaqdadır və xilasedici qruplar da lazım olduğu halda əməliyyata keçmək üçün hazır vəziyyətdədirlər.

Cəlal Məliki bildirib: İndiyə qədər həlak olanlardan iki nəfər uçqunların altından çıxarılmışdır. Sağ qalması ehtimal olunan şəxsləri xilas etməyə ümid edirik. Əlbəttə bu qədər uçqunla bir nəfərin sağlam qalması çətindir.

Yağıntılı hava şəraiti də xilasediciləri əməliyyatı davam etdirməkdən çəkindirə bilməyib.

Doktor Hüseyn Əsədbəyi deyib: Biz ictimai təcili yardım olaraq peşəkar kadrlarla burada yerləşmişik. Həlak olanların ailələrini müayinə edirik. Qəfildən hadisə zamanı kimsənin stressi və psixi təzyiqi olduğu halda biz müalicə edirik. Psixoloji sakitliyin yaradılması bizim üçün çox önəmli və əsaslı işlərdəndir.

Uçqunlar altındakı 200 dərəcədən yuxarı istilik xilasetmə işini çox çətinləşdirib.

Cəlal Məliki əlavə edib: Uçqunların götürülməsi üç istiqamətdən və ağır təchizatlardan istifadə olunmaqla davam edir. Plasko binasının ətrafında alt mərtəbələrə giriş üçün tunellər qazılmışdır və 8 ədəd kran, 200 peşəkar işçi və 20 qaynaqçı qrupla birlikdə hadisə yerində çalışır və işi gecə-gündüz davam etdirirlər.

Plasko binasının yanğının söndürülməsi əməliyyatı zamanı güclü şəkildə yandığına görə, xəstəxanada yatırılan fədakar yanğınsöndürmə əməkdaşı Behnam Mirzaxani yaralarının ağırlığı üzündən dünyasını dəyişib. Təcili yardım maşınları hadisə yerində yerləşdirilib və vətəndaşlar da qan verməklə köməklik göstərirlər. Bu gün İranda matəm elan olunub.

Tehranın Yanğınsöndürmə və Şəhər Təhlükəsizliyi Xidmətləri Təşkilatının sözçüsü bildirib: Xilasetmə əməliyyatı sürətlə davam edir. Çünki böyük metal materiallar hadisə yerindən götürülmüşdür və avadanlıqlarla sürətlə və diqqətlə uçqunlar götürülməkdədir.