Yan 21, 2017 15:42 Asia/Baku
  • İran prezidenti: Hamımız əl-ələ verməliyik ki, hadisənin fəsadları aradan qaldırılsın

İran İslam Respublikası prezidenti deyib: Bizim əziz və fədakar yanğınsöndürmə əməkdaşları, istər xilasedicilər, istərsə tibbi kadrlar, istərsə də məsələlərin qaydasına salınması üçün çalışan digər kadrlar, eləcə də hərbi dairələr köməkliklər göstərirlər.

Dağılmış Plasko binasına baxış keçirən Həsən Ruhani əlavə edib: Əlhəmdulillah elə əvvəldən çox yaxşı və alqışalayiq həmkarlıq və koordinasiya mövcud olmuşdur. İndi də davam edir. Çox təəssüfləndirici haldır ki, əzizlərimiz uçqunlar altında qalmışdır. Bizim bütün nigaranlığımız onlara görədir. Ümidvarıq ki, yenə də onlardan bəzisinin canlı çıxması üçün bir ümid olmuş olsun. Və əziz canlarını itirənlər xalqın ürəyində əbədi olaraq yaşayacaqdır. Çünki onlar vətəndaşların xilası üçün getmişlər və özləri alov, tüstü, dəmir və çoxlu çətinliklər arasına düşmüşlər. Allah onlara dünya və axirətdə əcr versin, Allah onların əziz ailələrinə səbir versin.

İran prezidenti deyib: Biz hamımız yanğınsöndürənlər və xilasedicilərin bu fədakarlığı və qəhrəmanlığı qarşısında baş əyməliyik. Bir çox qalmış addımlar atılmalıdır. İlk öncə uçqunların götürülməsi prosesi davam etməlidir ki, uçqunlar altında qalanların hamısı çıxarıla bilsin. Novruz bayramı ərəfəsində ticarət binaları olan bu həssas prospektdə vəziyyəti tez bir zamanda normal vəziyyətə gətirməliyik. Bayram ərəfəsində işsiz qalan işçilərin sosial təminat bu sahədə bir sıra addımlar atmalıdır.

Prezidentin sözlərinə görə, öz əmlakını itirən iş adamları sığortalı olanlar sığorta vasitəsi ilə, sığortalanmayanlar üçün isə başqa vasitələrlə köməklər edilməlidir. Hökumət, Şəhər Meriyası, Şəhər Şurası, bütün rəsmilər, inşallah hamımız əl-ələ verəcəyik ki, bu xəsarətlər və bu hadisənin yaratdığı zərər-ziyanların aradan qaldırılması istiqamətində ən azı azaltmaq üçün yetərli addımlar atılsın, acınacaqlı vəziyyəti azaldılsın. Bu dəhşətli hadisə ilə bağlı həmrəyliyi, yekdilliyi üçün ölkənin hər bir yerində vətəndaşlara öz təşəkkürümüzü bildiririk. Ən önəmli məsələ budur ki, bu gündən sonra buna bənzər hadisə təhlüə ehtimalı olan ticarət və yaxud yaşayış binaları üçün dəqiq proqram tənzimlənməlidir ki, inşallah belə hadisələr azalmış olsun.

 

Teqlər